İRANDAN NÖVBƏTİ HÖRMÜZ BOĞAZI TƏHDİDİ

  • 2018-07-10 17:27:30
  • |
  • Dünya /

İRANDAN NÖVBƏTİ HÖRMÜZ BOĞAZI TƏHDİDİ

Hurriyyet.org xəbər verir ki, İran parlementi sədrinin müqavini Əli Mutahhari ABŞ-ın İranın neft ticarətini əngəlləyəcəyi, sanksiyalar tətbiq edəcəyi təqdirdə strateji mövqedə yerləşən Hörmüz boğazını bağlayacaqlarını bildirib.

Xəbər verdiyimiz kimi, İran prezidenti Həsən Ruhani də bənzər təhdidlə çıxış eləmişdi. ABŞ-ın müttəfiqlərini təhdid edən Həsən Ruhani Avropa səfərinin ilk dayanacağı olan İsveçrədə İran lobbisi ilə görüşündə demişdi: “Biz neft ixrac eləmədiyimiz halda, bölgə neftinin ixrac edilməsi mümkündürmü? Əgər belə etsəniz, mənfi nəticələrlə qarşılaşacaqsınız. İxracatımız azalsa, Hörmüzd boğazını bağlayacağıq”.

Bundan sonra isə İranın İnqilab Keşikçiləri Korpusunun komandiri olan Qasım Süleymani İranın neft satışının qarşısının alınacağı təqdirdə, bölgədəki digər ölkələrin də neft satışını tamamilə əngəlləməyə hazır olduqlarını bəyan eləmiş, “Biz satmasaq, heç kim satmayacaq” deyə açıqlama vermişdi.

Hurriyyet.org

Loading...

QALEREYA