İrandan Əsəd açıqlaması: “XƏBƏRİMİZ YOX İDİ”

İrandan Əsəd açıqlaması: “XƏBƏRİMİZ YOX İDİ”

Hurriyyet.org xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Bəhram Kasımi Bəşər Əsədin Tehrana səfərindən XİN-in qətiyyən xəbərdar olmadığını bildirib.

Kasımi XİN-in saytından B.Əsədin səfəri ilə bağlı verdiyi yazılı açıqlamada nazirliyə bu barədə məlumat verilmədiyindən narazılıq edib.

Açıqlamasında xarici işlər naziri Məhəmməd Cavad Zərif və bəzi diplomatlara bu səfər barəsində məlumat verilməli olduğuna işarə vuran Kasımi yazıb: “Bu səfərin heç bir mərhələsində Xarici İşlər Nazirliyinə məlumat verilmədi. Səfər başa çatana qədər məlumat verilmədi”.

“Möhtərəm nazirin istefası...”

Kasımi Zərifin istefasının bu məsələ ilə bağlı olduğu iddialara da cavab verib: “Zərifin istefasının səbəblərindən biri də Xarici İşlər Nazirliyi ilə bu cür koordinasiyasızlıq vəziyyətləri idi. Lakin daha əvvəl də açıqlandığı kimi, möhtərəm nazirin istefasının səbəbi şəxsi bir məsələ deyil. Zərifin səyi Xarici İşlər Nazirliyi və diplomatik idarələrin əsl mövqelərinə yüksəlməsi üçündür”.

İranın xarici işlər naziri Zərif fevralın 25-də sosial media hesabındakı açıqlaması vasitəsi ilə istefa verdiyini bəyan eləmişdi. Lakin istefa qərarı prezident Həsən Ruhani tərəfindən rədd edildiyi üçün Zərif fevralın 27-də Ermənistanın baş naziri Nikol Paşinyanın şərəfinə keçirilən rəsmi qarşılama mərasimində iştirak eləməyə məcbur olmuşdu.

Zərifin Suriya prezidenti Bəşər Əsədin fevralın 25-də axşam İran prezidenti Həsən Ruhani və İranın ali dini lideri Əli Xamanei ilə görüşləri ilə bağlı əvvəlcədən məlumat almadığı üçün istefa verdiyi bildirilmişdi.

İrandakı "Entekhab" saytının müxbirinə açıqlama verən Zərif demişdi: “Bu gün keçirilən görüşlərdəki fotolardan sonra Cavad Zərifin xarici işlər naziri qismində artıq dünyada etibarı yoxdur”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA