İranı bir yandan sellər, bir yandan da ABŞ “BOĞUR”: hesabları bağladı, yardımları kəsdi! - “ÜZÜ QARA OLMUŞLAR...”

  • 2019-04-03 18:44:27
  • |
  • Region /

İranı bir yandan sellər, bir yandan da ABŞ “BOĞUR”: hesabları bağladı, yardımları kəsdi! - “ÜZÜ QARA OLMUŞLAR...”

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Hsəən Ruhani İranın Qızıl Aypara cəmiyyətinə məxsus bank hesablarının ABŞ tərəfindən bağladıldığını söyləyib və xaricdən gələn yardımların qarşısının kəsildiyini bildirib.

İranın ali dini lideri Ayətullah Əli Xamaninin islam ölkələrinin xaricdəki təmsliçilərini qəbul eləməsi zamanı çıxış edən İran prezidenti Həsən Ruhani ABŞ-ın seldən zərər çəkənlər üçü xarici ölkələrdən gələn yardımların qarşısını kəsdiyini bildirib. Ruhani deyib: “Ölkə xaricindəki iranlıların öz həmvətənlərinə göndərdiyi yardımları əngəlləyərək Qırmızı Aypara cəmiyyətinin hesablarını bağlayan düşmənlərin üzləri qaraldı. Üzü qara olmuşlar, bir bir neçə ay bundan əvvəl ABŞ-da baş vermiş sel fəlakətinin yaralarını hələ sarımayıblar. Buna qarşı hər kəs İran xalqının və dövlət işçilərinin əl-ələ verərək dağıntıları yenidən inşa edəcəklərini görəcəklər”.

Ruhani ölkədəki 31 əyalətdən 25-nin sel fəlakəti ilə üzbəüz qaldığını və bütün bu bölgələrdə fövqəladə vəziyyət elan olunduğunu bildirib.

Ruhani sonrakı çıxışında deyib: “Xaricdən İrana gələ yardımların qarşısını kəsirlər və Qızıl Aypara bu aöır şəraitdə başqa ölkələrdən gələn yardımları təslim ala bilmir. ABŞ-ın seldən zərər çəkənlərə qarşı yardımların qarşısını alması misli görünməmiş cinayətdir”.

İran ərazisində son iki həftə ərzində təsirli olan şiddətli yağışlar səbəbindən meydana gələn sel fəlakətində 57 nəfər həlak olub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA