İRANI QARIŞDIRAN FOTO

İRANI QARIŞDIRAN FOTO

İranda sünni qadın səfirin Zərif ilə foto şəkdirməsi mübahisələrə səbəb olub

Hurriyyet.org xəbər verir ki, sünni məzhəbinə məxsus olan ilk qadın səfir Beluç Hümeyra Riqinin vəzifəsini yerinə yetirməyə başlaması münasibəti ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin onunla şəkil çəkdirməsi ölkədəki mühafizəkarlar tərəfindən etirazla qarşılanıb.

Xarici işlər nazirinin mətbuat katibi Bəhram Qasımi Bruneyə səfir olaraq göndərilən Riqi xanımla Cavad Zərifin foto şəkdirməsinin sosial mediada etirazla qarşılanması ilə bağlı açıqlamasında bunun şablon bir proqram olduğunu bildirib.

İranda ilk dəfə süni qadın səfir təyin edildi

Qasımi səfirlərin işə başladıqlarında adət üzrə xarici işlər nazirləri ilə rəsmi görüş keçirib foto çəkdirmələrinin bir ənənə olduğunu bildirib və deyib: “Xarici İşlər Nazirliyinin yanaşması diplomatiya sahəsində qadın kadrlardan və sünni potensialdan daha çox faydalanmaq məqsədi güdür. Yeni hökumət (Ruhani hökuməti) və Zərifin nazirliyi dövründəki son illərdə yürüdülən siyasət də bu istiqamətdədir. Bu yanaşmanı indi də müdafiə edirik və qadınların diplomatik sahədə daha çox yer almasını ölkənin inkişafı və milli mənafeyə uyğun hesab edirik”.

Qasımi xatirə fotosuna etirazları tənqid edərək deyib: “Bu cür məsələlərin hələ də bəziləri üçün qəbuledilməz və həzmedilməz hesab edilməsi təəccüb doğurur”.

İranın vitse-prezidenti İshak Cihangiri, yanvarın 1-də Sistan və Beluçistan əyalətlərinə səfəri zamanı, Kasrı bələdiyyəsinin sədri Hümeyra Riqiyinin “İranın Bruneydəki yeni səfiri” elan eləmişdi.

Cihangirinin "bacarıqlı dövlət işçisi” adlandırdığı Riqi Malayziyada xidmət etmiş Merziye Afham və Finlandiyada çalışmış Pervin Ferşcidən sonra 1979-cu ildəki inqilabdan bəri səfir təyin edilmiş üçüncü qadındır.

Hümeyra Riqi həm də İranın ilk sünni səfiridir.

İranda mühafizəkarların ən nüfuzlu qəzeti kimi tanınan “Keyhan” 5 yanvar tarixli nömrəsində Bruneyə sünni qadın səfir təyin edilməsinə etiraz edərək, Hasan Ruhani hökumətini ictimaiyyəti aldatmaq, qütbləşdirmək və nifaq salmaqda ittiham eləmişdi.

Qəzet, beluçistanlı Hümeyra Riqinin diplomatik təcrübəyə malik olmadığını irəli sürərək, Ruhani hökumətini xalq arasında sünni-şiə, qadın-kişi, Beluç-Sistan kimi ayırıcı və qütbləşdirici addımlar atmaq və populist siyasətlə ictimaiyyəti aldatmaqda ittiham eləmişdi.

İranın ilk sünni diplomatı Salih Edibi, 2015-ci ildə prezident Həsən Ruhani tərəfindən Vietnam-Kamboca səfiri təyin edilmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA