İranıın Amerikdan da qorxulu düşməni: quraqlıq bu ölkədə Suriya variantı törədə bilər - ARAŞDIRMA

İranıın Amerikdan da qorxulu düşməni: quraqlıq bu ölkədə Suriya variantı törədə bilər - ARAŞDIRMA

İranda su qırlığıyla bağlı etiraz aksiyası

Aleksandr Rıbin

fergananews.com, 11.04.2018

İranda cari ilin başlanğıcından bəri su qıtlığıyla bağlı artıq bir neçə kütləvi etiraz aksiyası keçirilib. Məsələn, İsfahan və Xuzistan ostanlarında (əyalətlərində) kənd bölgələrinin sakinləri hökuməti su qıtlığına səbəb olan resurslara səhlənkar münasibətdə ittiham ediblər. Məmurlar etiraf edirlər ki, bu il su təzhizatıyla bağlı durum ötən illərdən xeyli pis olacaq. Bu, qış dövründə yağıntıların azalmasıyla bağlıdır. Su problemi ölkənin cənub bölgələri və meqapolislərdə xüsusən kəskin ola bilər. Duruma bu da gərginlik əlavə edir ki, 2011-də Suriyada yekunda sürəkli müharibəyə çevrilən siyasi böhranın ilkin səbəbi məhz quraqlıq olub.

İran hökuməti ölkənin quraqlıq və yarıquraqlıq kateqioriyasına aid edilən bütün bölgələrində düyü yetişdirməyi yasaqlayan qərar verib. Yasaq yalnız İranın şimal bölümündə yerləşən ostanlara aid deyil – orada quraqlıq problemi o qədər də böhranlı deyil. İran energetika naziri Rza Ərdəkanyan jurnalistlərə etiraf edib ki, qərar su təchizatı sahəsində kəskin problemlərlə bağlıdır, düyü isə becərilmək üçün xeyli su itkisi tələb edən bitkidir. Kənd təsərrüfatı nazirliyi quraqlıq bölgələrdə xeyli su məsrəfi tələb edən bitkilərin yetişdirilməsinə yasağın tətbiqiylə bağlı tədbirlərə yetərincə uzun müddət lobbilik edib.

Bu il ən kəskin su qıtlığı İsfahan və Xuzistan ostanlarında gözlənilir. Artıq bu problemin analizi və həlliylə məşğul olacaq işçi qrup yaradılıb. Bundan savayı, Ərdəkanyan danışıb ki, elektrik enerjisi hasil edilən bir çox bəndlərdə artıq suyun yetərsiz səviyyəsi qeydə alınıb. Buna görə də energetika nazirliyi gözləyir ki, cari ildə elektrik enerjisi qıtlığı meydana çıxacaq – tam 5000 meqavatt.

Son 50 ildə İranda hər il yağıntının ümumi miqdarı 1 millimetr azalır. Ərdəkanyanın sözlərinə görə, bununla yanaşı havanın ortaillik hərarəti hər 10 ildənbir 2 dərəcə yüksəlir.

Su və farslar

Su problemi farsların bütün uzun tarixi boyunca sürüb. Su müşkülü üzündən müharibələr, epidemiyalar başlanıb, hakim sülalələr devrilib. Fars memarlıq təfəkkürü isti və quraqlıq iqlim səbəbindən bərkə, badgir və kanatlar kimi orijinal qurğular yaradıb. Bərkələr suyun saxlanmasına, kanatlar onun yeraltıyla uzaq məsafələrə ötürülməsinə xidmət edib, badgirlər isə soyudub. Belə texnologiyalardan bu gün artıq çox az-az istifadə olunsa da, çağdaş İranda su təchizatı mövzusu əvvəlkitək əsas mövzulardan biri olaraq qalır.

Ölkənin ən böyük şəhərləri və kənd təsərrüfatı bölgələrinin su təchizatı ilbəil pisləşir. Məmurlar təbii amilləri, vətəndaşların bir kəsimi məmurların özünü ittiham edir, çünki dövlət qurumları uzun illər ərzində su təchizatı problemini çözməyi öyrənməyib.

Qış İranda yağınıtı düşməsində əsas mövsümdür. Qış yağıntısı göstəriciləri ölkədə suyla bağlı durumun proqnozlaşdırılmasında özüldür. Keçən qış son 50 ildə İran üçün ən quraqlıq fəsil olub. Artıq İran ərazisinin 96%-i müxtəlif miqyaslı quraqlıqdan əziyyət çəkir. Məsələn, ölkənin cənubunda Xuzistan ostanında yağıntı miqdarı 30-80% azalıb. Amma bu vilayətin torpaqları nə zamansa Elam şahlığının kənd təsərrüfatı bitkilərilə, o cümlədən şəkər qamışıyla bol kimi ad çıxaran bir bölümü olub.

Ayrı-ayrı ostanların hökumətləri su qıtlığı problemini çözməkdən yana olduqca orijinal təşəbbüsə cürət edib. Məsələn, Mazandaran ostanı qubernatoru Zəbihullah Zakiri yerli mollaları cümə günləri moizələrində su problemlərini yada salmaq və yağışın çoxalması haqda dua etməyə çağırıb. Xəzəryanı bölgələrdə yağıntı kasadlığı problemilə cümə duaları vasitəsilə mübarizə aparmağı kəsdiriblər (başqa müsəlman ölkələrindəki kimi İranın şiə müsəlmanlarında da ən önəmlisi cümə duasıdır).

Cənubi Xorasan ostanında da “yağış” haqda dualar edilir. Orada 2017-ci ildə 2016-cı ilin yağıntı miqdarının cəmi 81%-i düşüb. Bu kənd təsərrüfatı bölgəsi üçün su problemi ən ciddi nəticələrlə doludur. Ən böyük şəhərlərin bələdiyyələri su istehlakına limit tətbiqi mövzusunu müzakirə edib. Belə limitlər əvvəlki illərdə artıq tətbiq edilib. Ölkənin ayrı-ayrı kənd təsərrüfatı bölgələrində su təchizatına məhdudiyyət hər halda tətbiq edilib. Bu, kəndlilər arasında etiraz aksiyaları törədib. Hökumət Vərzan və İsfahan şəhərlərində etirazçıları dağıtmaq üçün xüsusi polis bölmələri cəlb etməli olub.

Kəndlilərin fikrincə, su yerli məmurlar üçün korrupsiya predmeti olub.Dövlət qulluqçuları rüşvət əvəzində qonşu rayonların bələdiyyələrinə suyu öz sakinləri üçün aparmağa imkan verir.

Quraqlıq qaçqınları

Hüquq müdafiəçilərinin məlumatına görə, çoxalan quraqlıq ən isti ostanların sakinlərini öz evlərini tərk etməyə və başqa bölgələrə köçməyə vadar edir.

Nyu-Yorkda əsaslanmış İranda insan haqları üzrə Mərkəzin icraçı direktoru Hadi Qaimi “Reuters” agentliyinə danışıb: “İsfahan ostanının şəhər və kəndləri quraqlıqdan o qədər əziyyət çəkib ki, adamsız qalıb. Orada yaşayanlar başqa vilayətlərə köçüblər”.

Qaimi əlavə edib: “Heç kim onlara diqqət yetirmir. (İran prezidenti) Ruhaniyə yaxın adamlar da mənə deyiblər ki, hökumət hətta belə bir durumdan xəbərsizdir”.

BMT-nin məlumatına görə, su ilə bağlı problem son dərəcə kəskindir və“kənd təsərrüfatı sektorunda qazanc problemləri yaradır”. Buna görə də kəndlilər yurdlarından qoparaq ailələrini saxlamaq üçün daha çox pul qazana biləcəkləri başqa bölgələrə yollanmalıdırlar. Diqqətçəkəndir ki, məhz 2006-2011-ci illərin quraqlığı 2011-də Suriyada qopan siyasi böhranın katalizatoru olub. Məsələn, Kolumbiya universiteti yanında Amerika Torpaq İnstitutunun alimləri bu cür qənaətə gəliblər. Alimlərin fikrincə, demək olar, beş il boyunca sürən quraqlıq Suriyanın şimalının sakinlərini aclıq təhlükəsi qarşısında qoyub, amma bu vilayətlər qabaqlar ölkənin taxıl qaynağı sayılıb. Tam milyonyarım kəndli işə düzəlməklə bağlı durumun onsuz da çox da asan olmadığı şəhərlərə köçməyə məcbur olub. Yoxsulluq, sabitsizlik, həll edilməmiş problemlər və dövlətin sosial siyasətindən narazılıq adamları küçələrə çıxmağa vadar edib. Sonra isə olanlar olub.

İrana qayıdaraq xatırlatmaq lazımdır ki, 2017-nin dekabrı – 2018-in yanvarında kütləvi etirazlaırn gedişində etirazçılarla polislər arasında ən amansız toqquşmalardan biri İsfahan şəhərindən 10 km aralı Qəhdərican şəhərində olub. Nümayişçilər orada polsi bölməsini yandırıblar.

Yerli sakinlərin iddiasına görə, su təchizatında çətinliklər antihökumət nümayişlərinin başlanma səbəbi rolunu oynayıb. Nəticədə polis narazıları dağıtmaq üçün atəş açıb və tam on nəfər öldürülüb.

Ekologiyanın siyasiləşdirilməsi

Hökumətin ünvanına ittihamlara baxmayaraq su təchizatı problemlərində İran vətəndaşlarının xeyli günahı var. Məsələn, hökumətin çağırışlarına baxmayaraq ölkənin böyük şəhərlərində gündəlik su istehlakı göstəriciləri çox yüksəkdir. Ölkənin ən böyük şəhəri və dünyanın ən iri meqapolislərindən biri Tehranda 12 milyionadək adam məskunlaşıb. O, bütün iranlıların istehlak etdiyi suyun dörddə birinə qədərini sərf edir. Bununla yanaşı ölkə sakinlərinin ümumi sayında tehranlıların ümumi payı 15% təşkil edir.

İdeyaca, su təchizatı problemini həll etmək, onu ehtiyacı olan bölgələrə tədarük etməkdən ötrü dövlətin qarşılıqlı fəaliyyət göstərməli olduğu ekoloqlar “dövlətin düşmənləri” çənbərinə düşüblər. Su problemlərini açıq göstərməyi qət edən müstəqil ekoloqlar repressiyalara məruz qalıblar. Ən məşhuru İran və Kanada vətəndaşlığına malik olan alim Kavus Seyid İmami ilə bağlı əhvalatdır.

Seyid İmami bu il yanvarın 24-də casusluqda şübhəli bilinərək həbs olunub. O buna kimi nadir heyvan növlərinin qorunmasında ixtisaslaşan Persian Wildlife Heritage foundation təşkilatının icraçı direktoru vəzifəsini tutub. Həbsin səbəbi – guya alim öz həmkarlarıyla “İranın düşmənləri”ni məlumatlandırıb ki, İslam Respublikası su qıtlığından daha öz kənd təsərrüfatını dəstəkləməyə iqtidarlı deyil və aqroməhsullar idxalına ehtiyacı var.

İran hökuməti fevralın ortalarında bildirib ki, alim intihar edib. Amma alimin ailəsi rəsmi versiyanın həqiqiliyinə şübhə edir. Kanada Seyid İmaminin ölümünün açıq və ayrıntılı araşdırılmasını tələb edib. Lakin İran iddia edir ki, alim həlakının səbəbini artıq dəqiq və təfsilatlı müəyyən edib.

Başqa ekoloqların su resurslarıyla bağlı problemi ictimai şəkildə göstərmək cəhdləri İran hüquq-mühafuzə qurumlarının təcavüzkar reaksiyasıyla üzləşir. Məsələn, ətraf mühit üzrə İdarənin müdir müavini Kavə Mədəni ekoloji təşəbbüslərə görə hətta müvəqqəti həbsə məruz qalıb.

Süründürülən həll

Bloomberg nəşrinin versiyasına görə, su mövzusu indiki prerzident Həsən Ruhaninin başçılıq etdiyi islahatçı liberallarla ölkənin dini liderlərinə söykənən mühafizəkar dairələr arasında qarşıdurmanın səbəblərindən biri olub. Ruhani və tərəfdarları xaricdə yaşayan iranlı alimləri su problemlərinin həllinə cəlb etməkdən ötrü çıxış edirlər. Mühafizəkarlar kəskin şəkildə əleyhinədirlər. Onların baxışına görə, bunu etmək olmaz, çünki “Qərb əxlaqı” bu mütəxəssisləri korlayıb və xarici xüsusi xidmətlərə işləyə bilərlər.

İsveçdə əsaslanmış İran üzrə Avropa araşdırma qrupunun direktoru Ruzbeh Farsinin fikrincə, İslam respublikasının mühafizəkar dairələrinin ətraf mühitin qorunması məsələlərinin həllində xarici iştiraka “həssaslığı” xaricdəki müxaliif qrupların bu mövzunu aktuallaşdırmaq cəhdi üzündən yüksəlib. Farsi deyib: “Xaricdə yaşayan müxaliflərin müdaxiləsi İran xüsusi xidmətləri üçün həmişə yeni repressiyalara bəhanədir”.

Ehtimal ki, həm mühafizəkarları, həm də islahatçıları qane edəcək başqa bir həll də var – qonşulardan su almaq. İran hökuməti tərəfindən variant kimi artıq Taciksitanın adı çəkilib. İranın Tacikistandan su almaq istəyi haqda ilk məlumat hələ 2012-də meydana çıxıb. İslam respublikası elə o zaman ona gərək həcmi göstərib – bir milyard kubmetrə yaxın içməli su. Lakin bu ideyanın gerçəkləşməsi üzrə əməli addımlar atılmayıb.

İranlılar Tacikistandan su almaq haqda 2014-də təzədən danışmağa başlayıblar. O zaman İslam respublikasında növbəti quraqlıq başlanmışdı. Sözlər yenə də söz olub qaldı. O zaman Tacikistandan su təchizatı ideyasının gerçəkləşməsində mühüm maneə Taciksitan hökumətinə Özbəkistanın qeyri-dost münasibəti və Əfqanıstanda müharibə idi. Tacikistan çaylarından İranın şəhər və kəndlərinə ən qısa “su yolu” Özbəkistan və yaxud Əfqanıstan üzərindən keçə bilərdi. Tacikistan və Özbəkistan arasındakı münasibətlərin indi fəal şəkildə yoluna qoyulduğu bir vaxtda, ola bilsin, su təchizatı məsələsində bəzi tərpənişlər baş verər.

Tərcümə Strateq.az-ındır.

Loading...

QALEREYA