İranın Çin ümidləri alt-üst olur: Pekin Tehranı Vaşinqtonun sərsəm ticari savaşlarına qurban verir - ARAŞDIRMA

İranın Çin ümidləri alt-üst olur: Pekin Tehranı Vaşinqtonun sərsəm ticari savaşlarına qurban verir - ARAŞDIRMA

İsfəndiyar Batmanghəlic

Bloomberg (ABŞ), 28.03.2019

İranın iqtisadiyyat və maliyyə naziri ikitərəfli ticarət və yatırım haqda danışıqlar üçün ötən həftə Pekinə gəlib. Rəsmi açıqlamada göstərilib ki, Çin və İran “strateji tərəfdaşdır”. Bu açıqlama ÇXR sədri Si Szinpinin bir neçə həftə qabaq İran xarici işlər naziri Məhəməd Cavad Zərif, İran neft naziri Bijan Namdar Zəngani və İran parlamentinin spikeri Əli Laricaninin daxil olduqları İran nümayəndə heyətilə görüşdə söylədiyi ifadə ilə səsləşir. ÇXR sədri bildirib ki, “beynəlxalq və bölgəsəl durumun necə dəyişdiyindən asılı olmayaraq Çinin İranla əhatəli strateji tərəfdaşlığı inkişaf etdirmək qətiyyəti dəyişilməz qalır”.

Təəssüf ki, ÇXR-in İrana münasibətdə əməli mövqeyi Pekinin rəsmi bəyanatlarından əsaslı fərqlənir. 2018-in noyabrında İrana qarşı Amerika sanksiyalarının təzələnməsi Çin-İran ikitərəfli ticarətinin xeyli azalmasına gətirib. Çinin İrana ehtiyat hissələri və maşınqayırma məhsullarını birləşdirən, İranın istehsal sektoru üçün mühüm önəm kəsb edən ixracatı 2018-ci ilin oktyabrından fevralına qədər 1,2 milyard $-dan 428 milyon $-a qədər azalıb. 2014-cü ildən 2018-ci ilin başlanğıcına qədərki dövrdə İrana Çin icxracatı ayda ortalama 1,6 milyard $ təşkil edib.

Çinə İran ixracatının böyük hissəsi neftə düşür. 2018-in oktyabrında İranın ÇXR-ə ixracatı 1 milyad $-a enib, amma 2018-in noyabrından sonra çoxalıb, çünki ABŞ prezidenti Donald Trampın administrasiyası ÇXR-i təkrar sanksiyalardan azad edərək Pekinə İran neftinin idxalını davam etdirmək imkanı verib. Fevralda ÇXR-ə İran ixracatı 1,3 milyard $-a çatıb – bunun 866 milyonu İranın neft ixracına düşür. Bu göstəricilər 2014-cü ildən 2018-ci lin başlanğıcına qədərki dövrün orta aylıq qiymətinə uyğun gəlir. Qısa deyilsə, Çin İranın energetik resurslarından qazanc götürməyi davam etdirir, İran isə öz gəlirlərindən Çin ixracatının alqısı üçün istifadə etməyə çalışır.

İşlərin belə durumu Tehranın ABŞ tərəfdən sanksiyalar basqısına baxmayaraq, ÇXR-in İranı dəstəkləyəcəyi ümidlərini şübhə altına alır. Məsələn, ABŞ sanksiyalarının qüvvədə olduğu 2008-2016-cı illər dövründə Çin müəssisələri İranda Qərb şirkətlərinin yerini tutaraq kommersiya iştirakını xeyli gücləndirimişdi. Tehran iqtisadi münasibətlərin inkişafında maraqlı olan və İranın bölgə fəaliyyətinə qarışmağa can atmayan ölkəylə kommersiya tərəfdaşlığını alqışlayırdı. Lakin İranın işgüzar cəmiyyətini 2018-in oktyabrında bu fakt narahat etdi ki, Çinin iki ölkə arasındakı ticarətdə mərkəzi yer tutan “Bank of Kunlun”u İranla maliyyə əməliyyatlarının çoxunu dayandırdı. “Bank of Kunlun” 2019-un yanvarında İranla maliyyə əməliyyatlarını təzələdiyinə baxmayaraq, onun rəhbərliyi yeni siyasətini elan edib: bank yalnız ABŞ-ın təkrar sanksiyalarına düşməyən mallarla ticarətə xidmət edəcək. Qida, dərman məhsulları və istehlak malları bu malların sırasına daxildir, amma İran bu malları ÇXR-dən deyil, əsasən, başqa ölkələrdən idxal edir.

Ancaq ÇXR-in İranla ticarət sahəsindəki düzəlişini asanlıqla anlamaq olar. İran Ticarət-Sənaye Palatasının vitse-prezidenti Pədram Sultaninin qeyd etdiyi kimi, indiki anda ÇXR-in əsas diqqəti ABŞ-la ticarət savaşına cəmlənib. Bundan başqa, Çin müəssisələri, özəlliklə böyük kürəsəl dövrələməyə malik olanlar “Huawei”in maliyyə direktoru Men Vançjounun həbsi üzündən Amerika hökumətinin növbəti dəfə Çinin bu və ya başqa şirkət başçısının həbsini tələb edəcəyindən qorxaraq İranla münasibətləri həvəssiz inkişaf etdirir.

Avropa Birliyi öz iqtisadi suverenliyini qorumaq və İranla nüvə sazişini saxlamaq üçün ekstraordinar səylər göstərib. AB hətta İranla ticarətə dəstək üçün özəl maliyyə mexanizmi hazırlayıb. Ancaq Çin İranla ticarətini Amerika sanksiyalarından qorumaq üçün uyğun səylər göstərməyib.

Bundan başqa, Pekin İranla ticari münasibətləri azaldaraq Vaşinqtona faktiki eyham vururb ki, ABŞ Çinin xaricdəki iqtisadi iddialarına qarşı əks təsir üçün təkrar sanksiyalardan uğurla yararlana bilər. ABŞ Çinin “Bir qurşaq, bir yol” infrastruktur strategiyasına və Çinin Avrasiya fövqəldövlətinə çevrilmək səylərinə mane olmaq üçün sanksiyalardan istifadə edəcək ki, Pekinin genişlənən nüfuzu qarşısında əngəllər qursun. Çin ABŞ-ın təkrar sanksiyalarına əks təsirdən imtina edərək başqa ölkələrlə əsas ticarət və yatırım münasibətlərini təhlükəyə ata bilər. Çin bununla yanaşı İranın nüvə sazişinin saxlanması üzrə öhdəliklərindən də imtina edir.

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA