İranın Suriyadakı raket bazasına zərbə: Belarus və Şimali Koreya mütəxəssisləri də ölüb?

  • 2019-04-15 12:38:59
  • |
  • Dünya /

İranın Suriyadakı raket bazasına zərbə: Belarus və Şimali Koreya mütəxəssisləri də ölüb?

İsrail Hərbi Hava Qüvvələrinin aprelin 13-də Suriyanın Hama əyalətinə endirdiyi raket zərbələrinə dair yeni təfərrüatlar məlum olub.

Hurriyyet.org virtualaz.org-a istinadən xəbər verir ki, İsrailin “Debka” portalı “xarici kəşfiyyat qaynaqlarına” istinadən hücum zamanı Suriya Elmi Araşdırmalar və Tədqiqatlar Mərkəzinin tamamilə dağıldığını yazır. Zərbələr nəticəsində bu mərkəzdə işləyən İran və Suriya raket mütəxəssisləri ilə yanaşı Belarusdan və Şimali Koreyadan olan mütəxəssislər də həlak olublar.

Qərb hərbi ekspertləri deyirlər ki, söhbət “kütləvi hücumdan” gedir. Əvvəlki hücumlarda institutun ayrı-ayrı obyektləri hədəf alınırdısa bu dəfə kompleksin böyük hissəsi məhv edilib. Məsələn, Suriya raketlərinin və “Hizbullah” raketlərinin modernləşdirilməsinin aparıldığı sex dağıdılıb. Həmin sexdə raketlərə dəqiqliyi artırmaq üçün naviqasiya sistemləri quraşdırılırdı.

Qərb mənbələrinin bildirdiyinə görə, həmin mərkəzdə Şimali Koreya mütəxəssisləri raketlər üçün bərk yanacağın işlənib hazırlanması ilə məşğul idi. Belarus eksperləri isə raketlərə naviqasiya sistemləri quraşdırırdı. Həmin xarici mütəxəssislər Suriyanın Texnoloji Sənaye Təşkilatı tərəfindən muzdla tutulublar.

Zərbələrə tuş gələn belaruslu ekspertlərin Belarusun “Belvneşpromservis” dövlət şirkətində işlədiyi bildirilir.

Bu arada İsrailin peyk çəkilişləri şirkəti İSİ aprelin 13-də endirilmiş raket zərbələrinin nəticələrinə dair fotoları yayıb. Həmin fotolara əsasən böyük anqar və yaxınlıqdakı üç bina tamamilə dağıdılıb.

2019-cu ilin fevral İSİ həmin obyektin yerləşdiyi Masayaf rayonunda Suriyanın Rusiyadan aldığı S-300 zenit-raket komplekslərinin yerləşdirildiyi haqda görüntüləri yaymışdı. Bel görünür ki, həmin komplekslər hücumun qarşısını ala bilməyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA