İraq-Suriya sərhədində çirkin oyun - ƏRAZİLƏRİ PKK-ya VERDİLƏR

  • 2018-07-10 15:15:47
  • |
  • Dünya /

İraq-Suriya sərhədində çirkin oyun - ƏRAZİLƏRİ PKK-ya VERDİLƏR

Hurriyyet.org xəbər verir ki, İraq ordusunun Səncarın cənubu ilə İraq-Suriya sərhədini tərk edərək əraziləri Haşdi Şabi və PKK terror təşkilatına verdiyi iddia edilir.

İraq Kürd Regional İdarəsinin Duhok şəhərindəki Səncar valisi Mehman Xəlil “Anadolu Agentliyi”nə verdiyi açıqlamada ordu qüvvələrinin ölkənin cənubu ilə birlikdə İraq-Suriya sərhədini tərk elədiyini və buraya Haşdi Şabi və PKK ünsürlərini yenidən yerləşdirdiyi bildirilib.

Ordu qüvvələrinin bölgədən çıxmasının yeni böhranlara səbəb olacağını söyləyən Xəlil deyib: “PKK Səncardan çıxmaq niyyətində deyil. PKK, İraq-Suriya sərhədindəki bölgələri yaraqlılar üçün düşərgə və qanunsuz ticarət aparmaq üçün istifadə edir”.

Mosul vilayətindəki Ərəb Tayfalarının mətbuat nümayəndəsi Mezahim Ahmed əl-Huveyt isə ordu qüvvələrinin İranın tələbi ilə Səncarı tərk eləyib yerini PKK və Haşdi Şabiyə verdiyini iddia edib.

Huveyt ordu qüvvələrinin regiondan çəkilməsi prosesinin bir neçə gün əvvəl başladığını bildirib.

Səncarda qüvvə balansı

İraq-Suriya sərhədinə çox yaxın məsafədə yerləşən, yezidilərin məskunlaşdığı Səncarda mühüm strateji mövqeyinə görə, ABŞ hərbi müşavirləri ilə İraq hərbçiləri yerləşmişdilər. Amerikalı hərbçilər qısa müddət bundan əvvəl İraq-Suriya sərhədinə çatıb, bütün sərhəd zolağını nəzarət altına almağı hədəfə aldığını bildirmişdi.

Bu qüvvələrlə yanaşı, rayonda Haşdi Şabi, PKK-ya bağlı yerli yezidi yaraqlılar və Şimali İraq Kürd Muxtariyyətinin Peşmərgə nazirliyindən ayrılan yezidi silahlı qruplar yerləşib.

2017-ci il oktyabrın 16-na qədər Peşmərgə qüvvələri Səncar rayonunda güclü hərbi qüvvəyə malik idilər.

Türkiyə mart ayında PKK-nın Səncardakı varlığı və meydana gətirdiyi strateji təhlükəsizlik təhlükəsi səbəbində bölgədə hərbi əməliyyat keçirə biləcəyinə işarə vurmuşdu.

Qeyd edək ki, PKK terror təşkiları İŞİD-in 2014-cü il avqustun 3-də Səncardakı yezidilərə hücumunu bəhanə edərək rayona yerləşməyə başlamışdı.

Hurriyyet.org

Loading...

QALEREYA