İRAQ AÇIQLADI: Şahzadə Salmandan çaşdırıcı TƏKLİF!

  • 2019-01-24 16:42:54
  • |
  • Dünya /

İRAQ AÇIQLADI: Şahzadə Salmandan çaşdırıcı TƏKLİF!

Hurriyyet.org xəbər verir ki, İraq hökumətinin açıqlamasında ABŞ-ın dostu olan Səudiyyə Ədəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın İraqın baş naziri Əbdülmehdiyə telefonla zəng edərək ölkənin təhlükəsizliyini təmin etmək təklifi elədiyini bildirib.

İraqın keçmiş prezidenti Səddam Hüseynin 1990-cı illərin əvvəllərində İraqı işğal eləməsindən sonra İraq ilə Səudiyyə Ərəbistanı arasında münasibətlər dayandırılmışdı. 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra iki ölkə arasındakı münasibətlər yenidən düzəlməyə başlasa da, Səudiyyə Ərəbistanı İranın İraqda artan rolundan daim narahat olub.

İraqın Tehran tərəfindən dəstəklənən və Səddama müxalifətçi olmaları ilə tanınan şiə rəhbərləri ilə yaxın münasibətləri sayəsində İran regionda nüfuz sahibinə çevrilib. İranın İraqda nüfuzunun artması Səudiyyə Ərəbistanının narahatlığını artırır. Onlar Tehranın İraqın şimal sərhədində təsir sahibi olduğunu düşünürlər.

Mütəxəssislərin fikrincə, Səudiyyə Ərəbistanı öz sərhədlərinin təhlükəsizliyini təmin eləmək, İraqda özlərinə dayaq məntəqəsi təsis eləmək və İranın təsirinə müqavimət göstərmək üçün qızıl fürsət əldə eləmək niyyətindədir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA