İraqda qədim şəhər tapıldı - 4 MİN İLLİK TARİXİ VAR

  • 2019-04-04 17:35:39
  • |
  • Dünya /

İraqda qədim şəhər tapıldı - 4 MİN İLLİK TARİXİ VAR

Fransız arxeoloqları İraqın Süleymaniyyə şəhəri yaxınlığında itkin düşmüş şəhərin qalıqlarını aşkar ediblər.

Hurriyyet.org yenicag.az-a istinadən xəbər verir ki, Zaqros Dağları yaxınlığında aparılan araşdırmalar nəticəsində tapılan şəhərin 4 min illik tarixi olduğu güman edilir.

Mütəxəssislər şəhərin İkiçayarasının ən qədim dövlətlərindən biri olan Akkadların zamanında qurulduğunu düşünürlər. Həmçinin, arxeoloqlar şəhərdə yaşayan xalqın lullubilər olduğunu açıqlayıblar.

Məlumata görə, bu ərazilərdə araşdırmalara ölkədəki Səddam rejiminin devrilməsi və atışmaların səngiməsindən sonra başlanıb. Aparılan qazıntılar nəticəsində miladdan əvvəl 2200-cü illərə aid olan bir sıra tarixi əsərlər də aşkar edilib.

Qeyd edək ki, arxeoloqların aşkarladığı şəhərin adı haqqında dəqiq məlumat yoxdur. Ərazidə araşdırmaların payızda daha da genişləndiriləcəyi gözlənilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA