İrəvan Dövlət Universitetində kütləvi ixtisar - 450 nəfər işdən qovuldu

  • 2019-02-04 11:49:23
  • |
  • Region /

İrəvan Dövlət Universitetində kütləvi ixtisar - 450 nəfər işdən qovuldu

İrəvan Dövlət Universitetinin 450 əməkdaşı işdən azad edilib.

Bunu ali məktəbin əməkdaşı, elm və təhsil nazirinin keçmiş müavini Vaqram Mkrtçyan bildirib.

Onun sözlərinə görə, buna dair bildiriş alıblar.

Məlumata görə, işdən çıxarılmalar Ermənistan hökumətinin 2018-ci ilin dekabrın 27-də qəbul etdiyi qərar əsasında həyata keçirilib. Bildirişdə qeyd olunub ki, İrəvan Dövlət Universitetinin 450 əməkdaşı 2019-cu ilin martın 31-dən etibarən ali məktəbin işçisi statusunu itirəcək.

Lakin işdən çıxarılanlar bununla razılaşmırlar. İrəvan Dövlət Universitetinin və başqa ali məktəblərin əməkdaşları fevralın 7-də unversitetdən "Respublika" meydanınadək etiraz yürüşü keçirməyə hazırlaşırlar./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA