İrəvanda aksiya - “Mübarizəni davam etdirəcəyik” - FOTO

İrəvanda aksiya - “Mübarizəni davam etdirəcəyik” - FOTO

İrəvanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər.

Hurriyyet.org xəbər verir ki, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib.

Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb.

Aksiyanın təşkilatçılarından biri Artaşes Artenyan bildirib ki, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyanla danışıqlar heç bir nəticə verməyib: "Mübarizəni davam etdirəcəyik".

Onun sözlərinə görə, bu gün sürücülər hökumət binasının qarşısına toplaşacaq və baş nazir Karen Karapetyanla görüş tələb edəcəklər.

Xatırladaq ki, qanun layihəsi 2018-ci il aprelin 1-dən ölkəyə sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutur. Təşəbbüs idarəetmə zamanı guya təhlükəsizliyi daha yüksək səviyyədə təmin etməyə yönəlib./ Trend/

Loading...

QALEREYA