İrəvanda nə baş verir: “məxməri inqilab”, yoxsa tamaşa?

İrəvanda nə baş verir: “məxməri inqilab”, yoxsa tamaşa?

Ermənistan hakimiyyətinin davranışları, “demokratiya” görüntüsü yaratmaq cəhdləri şübhələr yaradır; ermənişünas alim: “Qərbin Ermənistanda rəngli inqilab etmək kimi bir fikri yoxdur”

Aprelin 19-da səhər saatlarından etibarən İrəvanın Respublika meydanında etiraz aksiyalarına yenidən start verilib. Bundan əvvəlki gün keçirilən aksiyalar isə gecə yarısına qədər davam edəndən sonra etirazların başında dayanan Nikol Paşinyan “evə” komandasını vermişdi.

N.Paşinyan jurnalistlərə açıqlama verərək, polisin etirazçılara qarşı silahdan istifadə etmək haqqının olmadığını bildirib. Qeyd edək ki, Rusiya mediası şəhərə Dağlıq Qarabağdan tanklar gətirildiyi haqqında məlumat yayıb. Serj Sərkisyan bu etirazların ölkə iqtisadiyyatına mənfi təsir etdiyini bildirib (Axar.az).

İrəvan polisi mitinq iştirakçılarının gözlənilməz istiqamətlərdə hərəkətlərilə bağlı bəyanatını “ciddi təhlükə” adlandırıb. Polisdən bildirilib ki, dövlət idarələri xüsusi qorunan obyektlər hesab olunur və polislərin də vəzifəsi həmin obyektləri təhlükə olacağı təqdirdə, silah gücünə də olsa, qorumaqdır:

“Vətəndaşları, aksiyalarda iştirak edən yeniyetmələri, onların valideynlərini ayıq-sayıq olmağa, aksiya təşkilatçılarının çağırışlarına məhəl qoymamağa çağırırırq”. Paşinyan və tərəfdarları yürüş zamanı “Surmalu” və “Petak” ticarət mərkəzinə daxil olub. Polis kardonunu yararaq içəri girməyə nail olan Paşinyan tacirləri tətilə çağırıb və Respublika meydanında növbəti böyük mitinqin olacağını bildirib. Həmçinin etirazçılar Qaregin Njde meydanına gəliblər. Onlara avtomobil sürücüləri dəstək veriblər. Aksiya iştirakçıları Serj Sərkisyanın üstünə qara lent bağlanmış portretini də qaldırıblar. Sərkisyanın portreti etirazçılar tərəfindən tərsinə tutulmuş vəziyyətdə daşınıb.

Bütün bu gərginliklərin fonunda Ermənistan hakimiyyətinin özünü “təmkinli” aparması ciddi şübhələr doğurur. Üstəlik, Ermənistanın yeni prezidenti Armen Sərkisyanın da aksiyaları, sadəcə, müşahidə etməsi maraqlıdır. Bəzi ekspertlər baş verənlərin arxasında Kremlin dayandığını güman etsə də, Putinin S.Sərkisyan baş nazir seçiləndən bir neçə saat sonra ona telefon açıb təbrik etməsi, üstəlik, “Rusiyanın adamı” Karen Karapetyanın S.Sərkisyanın birinci müavini təyin edilməsi və s. müşahidələr səslənən versiyada o qədər də həqiqət payının olmadığını ortaya çıxartdı.

Belə olan təqdirdə Ermənistan müxalifətinin arxasında Qərb dairələrinin dayana biləcəyi ehtimalını səsləndirmək mümkündür, amma müşahidələr burada da şübhəli məqamların olduğunu deməyə əsas yaradır. Məsələ burasındadır ki, ABŞ başda olmaqla, Qərbdən İrəvandakı aksiyalara birmənalı dəstək yoxdur. Üstəlik, ABŞ öz vətəndaşlarına Ermənistanda baş verənlərlə bağlı xəbərdarlıq edib.

Paşinyan ile ilgili görsel sonucu

Hakim Respublika Partiyasının deputatı Qaqik Minasyanın açıqlaması Ermənistandakı etirazların ssenariləşdirilmiş teatr olduğunu söyləməyə əsas verir. O, Sərkisyana qarşı etiraz aksiyalarının ölkənin beynəlxalq imicinə müsbət təsir göstərdiyini deyib (Modern.az). “Paytaxtdakı aksiyalar, əgər qanun pozulmursa, Ermənistanın beynəlxalq imicini yüksəldir”. Onun fikrincə, aksiyaların zorakılığa keçməsi arzuolunmazdır. Elə aksiyaların keçirildiyi günlərdə prezident Armen Sərkisyanın Ermənistanla Avropa İttifaqı arasında müqaviləni imzalaması da maraqlı gedişdir. Ermənistan hakimiyyəti fasiləsiz aksiyalarla “demokratiya” görüntüsü yaratmaq, eyni zamanda “müsbət imicə malik ölkə” kimi Avropanın gözünə girmək istəyir.

Düzdür, Paşinyan ölkədə “məxməri inqilab”ın başlandığını elan edib. Lakin S.Sərkisyan kimi qaniçən məxməri inqilabın real olduğunu bilsə, günlərlə davam edən aksiyalara dözməzdi. Rus tarixçisi Andrey Zubov kimiləri də “Ermənistanda bir inqilab var. Serj Sərkisyan erməniləri öz yalanları, ”əbədi hakimiyyəti" və kriminal avtoritetlərlə əlaqələri ilə bezdirib"-kimi statuslar yazırlar. Lakin S.Sərkisyanın hətta 2016-cı ilin aprel döyüşlərindən sonra erməni xalqının qəzəbini səngitmək üçün polis alayını ələ keçirən “silahlı qiyamçılar”la bağlı hazırladığı tamaşanı heç kim unutmayıb. Tamamilə mümkündür ki, keçmiş məhbus, indiki deputat, İcevan ermənisi N.Paşinyan özü də bu tamaşada baş rol alıb, yaxud, sadəcə, onun bu tamaşanı oynamasına müəyyən dövr üçün şans yaradılıb. Xatırladaq ki, N.Paşinyan S.Sərkisyanın əzəli rəqibi Levon Ter-Petrosyanla yollarını ayıran birisidir. Belə ki, o, 2013-cü ildə Ter-Petrosyanla aralarında yaranmış mübahisə nəticəsində Konqresi tərk edib və “Vətəndaş razılaşması” Partiyasına üzv olub.

Paşinyan ile ilgili görsel sonucu

2016-cı ildə isə “Vətəndaş razılaşması”da daxil olduğu “Yelk” (Çıxış) blokunun tərkibində parlamentə seçilib. O da ola bilər ki, Paşinyan elə Sərkisyanın əlinə oynasın. Ümumiləşdirsək, 2008-ci ildə qanla hakimiyyəti qəsb edən Serj Sərkisyanın “məxməri inqilab” edənlərə tab gətirməsi inandırıcı görünmür. Deməli, bu hadisələr onun özü üçün də lazımdır.

Ermənişünas alim Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Serj Sərkisyan qan tökməklə də olsa, bu aksiyanın iğtişaşlara dönməsinin qarşısını alacaq: “Əks təqdirdə aksiya böyüyəcək və ölkənin bütün regionlarını əhatə edəcək. Aksiyaların daha da genışlənməsi hakimiyyətı istər-istəməz sərt qərarlar qəbul etməyə sövq edəcək. Serj Sərkısyan qan tökməklə də olsa, bu iğtişaşları yatırmaq istəyəcək”.

Paşinyan ile ilgili görsel sonucu

Q.Çaxmaqlının fikrincə, Ermənistan paytaxtındakı hadisələr oyuna bənzəmir və “Yelk” Partiyası özünü müxalifət kimi təsdiq etmək üçün münasib fürsəti dəyərləndirir: “Ermənistanda Raffi Hovvanisyan və Ter-Petrosyanın başında dayandığı Ermənistan Milli Konqresindən sonra ortada xalqı öz arxasınca aparacaq və onu devirmək gücündə olan bir qüvvə, hələ ki, yoxdur. Paşinyan 2008-ci ildə həbs olunandan sonra qəhrəmana çevrilib, Qərb də onu əsas dirənişçi güc olaraq hazırlayır. Amma Qərbin Ermənistanda rəngli inqilab etmək kimi bir fikri yoxdur, inqilabın olmasına da yardım etmək imkanı məhduddur”.

Ekspert təsdiqlədi ki, Moskva Serj Sərkisyanın arxasında olduğunu Putinin təbriki ilə bir daha təsdiqlədi:“Ermənistanda hakimiyyət dəyişikliyi Rusiyanın icazəsi olmadan mümkün deyil. Heç şübhəsiz ki, bunun qarşılığında Sərkisyan Rusiyanın siyasəti nədirsə, onu da həyata keçirəcək. Rusiyanın siyasəti Ermənistanla bağlı nədir? Ermənistan Yaxın Şərqə ən yaxın ölkə olaraq Rusiyaya, hələ ki, lazımdır. Burada Rusiyanın hərbi bazası var və bundan sonra da qalacaq. Deməli, Moskva Ermənistanı özünün strateji ortağı olaraq görəcək”.

Qafar Çaxmaqlı ile ilgili görsel sonucu

Q.Çaxmaqlı əlavə etdi ki, Rusiya Dağlıq Qarabağ məsələsinin həllini ermənilərin istəyindən kənarda heç zaman görmür. Üstəlik, özünün mənafeləri baxımından bəzi dəyişikliklərə gedə bilər: “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məsələnin həllinin başqa alternativinin olmamasını irəli sürən Rusiyadır, eyni zamanda xalqların öz müqəddəratını təyinetmə haqqını da önə sürən və Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə buna çalışan Rusiyadır. Bu iğtişaşların böyüməsi təqdirində Rusiya özü müdaxilə edəcək. İğtişaşların böyüməsi və Dağlıq Qarabağda olan texnikaların, tankların Ermənistana göndərilməsi təqdirində, əlbəttə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək imkanı yarana bilər, amma mən buna az ehtimal verirəm. Çünki Rusiya bizim arzu etdiyimiz qədər zəif deyil, hələ Yaxın Şərqdə başı o dərəcədə qarışmayıb. Hər halda bu olayları ciddi izləməli, ondan necə yararlanacağımızı yaxşı oxumalıyıq və münasib məqamı gözləməliyik. Artıq bir çox səviyyələrdə də səsləndirilir ki, məsələnin sülh yolu ilə həll edilmə perspektivi azalmaqdadır. Dünyada gedən proseslər də göstərir ki, hər şeyi silah və güc həll edir”.

Loading...

QALEREYA