Çirkin razılaşmanın detalları bəlli oldu - İŞİD terrorçuları ABŞ-a aparıldığı iddia edilən 50 ton qızılın əvəzinə nə qazandı?

Çirkin razılaşmanın detalları bəlli oldu - İŞİD terrorçuları ABŞ-a aparıldığı iddia edilən 50 ton qızılın əvəzinə nə qazandı?

Hurriyyet.org xəbər verir ki, YPG/PKK terror təşkilatı Suriyada təslim olan İŞİD terrorçuları və ailələrinə öz işğalları altında olan ərazidən kənara çıxarmağı vəd edərək terrorçuların Türkiyə torpaqlarına sızmasına şərait yaradırlar.

YPG/PKK və ABŞ-ın Suriya-İraq sərhədindəki Deyr-əz-Zor vilayətinin Baqoz məntəqəsində sıxışıb qalmış son İŞİD qrupu ilə fevralın 15-də razılıq əldə etmələrindən sonra İŞİD terrorçularının təslim olma və ailələrinin köçürülməsi prosesi davam edir.

Türkiyənin “Anadolu Agentliyi” iki terror təşkilatının əldə elədiyi razılaşma barəsində məlumatları əldə elədiyini bildirib. Razılaşmaya görə, YPG/PKK terrorçuları İŞİD üzvlərinin və ailələrinin istədikləri təqdirdə təşkilatın düşərgələrində qalmalarına icazə verəcəkdir.

Təşkilat düşərgədə qalmaq istəməyənlərə isə işağl bölgəsindən xaricdəki “Fərat qalxanı” əməliyyatı bölgəsinə, Afrin ərazisinə və Suriya hökumətinin öz ixtiyarında olan torpaqlara qaçaq yollarla çıxmağı vəd edib.

YPG/PKK-nin bu son razılaşması 2017-ci ilin oktyabrında Rakka şəhərində mühasirəyə aldığı İŞİD terrorçularını Türkiyə torpaqlarına keçirmək planını xatırladıb.

YPG/PKK, düşərgədən çıxmaq istəyənlərə bir növ “xüsusi səyahət sənədi” verəcəkdir. İŞİD üzvləri və ailələri beləliklə YPG/PKK təşkilatının işğalı olan bölgələrdə hərəkət edə və yaşaya biləcəklər. İki terror təşkilatı arasındakı razılaşmaya görə, yaralı İŞİD üzvləri YPG/PKK işğalı altındakı xəstəxanalarda müalicə olunacaq və ən geci iki ay sonra xəstəxanadan buraxılacaqlar.

Fərat çayının şərqindəki son məntəqəni itirmiş İŞİD-in işğal sahəsi Suriya torpaqlarının təqribən 2 faizinə bərabər olub. Təşkilat üzvləri sadəcə, Suriya hökumətinn mühasirəsində olan çöl ərazisində qalmaqdadırlar.

YPG/PKK terror təşkilatı isə İŞİD-dən “təhvil aldığı” ərazilər sayəsində Suriya torpaqlarının 28 faizini işğalda saxlayır.

Suriya hökuməti öz ərazisinin təqribən 60 faizini nəzarətində saxlayır. Hərbi müxalifətçilər və digər yaraqlılar ölkə torpaqlarının 10 faizini əllərində saxlayırlar.

Uzun bir müddət idi ki, YPG/PKK terrorçuları İŞİD-in İraqın Mosul şəhərini işğal elədiyi zaman ələ keçirdiyi külçə qızılları tələb edirdi. Dünən Suriyanın SANA agentliyi Deyr-əz-Zorda sıxışıb qalmış İŞİD terrorçularının YPG/PKK terrorçularının tərəfdaşı olan ABŞ hərbçilərinə 50 ton qızıl verdiyi və qızılların vertolyotlarla Suriyadan çıxarılması barəsində informasiya yayıb: http://hurriyyet.org/xeber/ab_iid-in_eli_ile_iraq_ve_suriyani_talan_eleyib_-_50_ton_qizilin_olkeden_cixarildigi_bildirilir

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA