İRƏVAN KREMLDƏN UZAQLAŞIR – erməni hərbçilər NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak edəcək

  • 2018-07-21 14:48:21
  • |

İRƏVAN KREMLDƏN UZAQLAŞIR – erməni hərbçilər NATO-nun Gürcüstandakı hərbi təlimlərində iştirak edəcək

Hurriyyet.org xəbər verir ki, erməni hərbçiləti NATO-nun Gürcüstanda keçirilən çoxmillətli “Layiqli tərəfdaş-2018” adlı hərbi təlimlərində iştirak edəcəklər. Təlimlər avqustun 1-də başanıb 15-də sona çatacaqdır. Təlimlərdə həm NATO üzvü olan, həm də olmayan ölkələrdən – ABŞ, Böyük Britaniya, Almaniya, Estoniya, Fransa, Litva, Polşa, Norveç, Türkiyə, Ukrayna və Azərbaycandan olan, ümumilikdə 3 min nəfərə yaxın hərbçi iştirak edəcək. Bu ildən Ermənistan da həmin təlimlərə qoşulur.

LentaUA.net saytının yazdığına görə, İrəvanın Qərbə doğru inteqrasiya addımı barəsində ermənilərin “Baqramyan-26” teleqram kanalı məlumat verib: “Ötən il Ermənistan həmin təlimlərdə iştirak eləməyə hazırlaşırdı. Oraya üç erməni hərbi həkimi göndərməyə hazırlaşırdılar. Lakin ən son anda Rusiya tərəfindən göstərilən təzyiq nəticəsində Ermənistan hakimiyyəti təlimlərdə iştirakdan imtina elədi”.

Ola bilsin ki, bu il də Rusiya Federasiyası bu məsələdə İrəvana təzyiq göstərməyə cəhd edəcək. Lakin, çox güman ki, N.Paşinyanın hakimiyyətə gəlişi ilə bağlı rusların sözü keçməyəcək.

Hurriyyet.org

Loading...

QALEREYA