İsgəndər Həmidov həbs olunub və ona şərt qoyulub

İsgəndər Həmidov həbs olunub və ona şərt qoyulub

İndi aldığımız məlumata görə, AXH İdarə Heyətinin üzvü İskəndər Həmidov DİN-in Banditizmə və Terrorizmə qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıb".

Hurriyyet.org xəbər verir ki, bu barədə Versus.Az-a AXH İdarə Heyətinin üzvü Fuad Əliyev bildirib. F.Əliyevin sözlərinə görə, bu barədə ona İskəndər Həmidov özü xəbər verib.

"İsgəndər Həmidov, məsciddə namaz qılandan sonra saat 13.00 radələrində maşınına minərkən adıçəkilən idarənin əməkdaşları onu saxlayaraq idarəyə aparıblar.

Saat 17.20-də sərbəst buraxıblar.

İskəndər Həmidovun sözlərinə görə, idarənin əməkdaşları ona siyasətdən uzaqlaşmasını, rayonlara getməməyi, siyasi çağırışlarını dayandırmasını tələb ediblər. Əks halda onu, ailə üzvlərini, şəxsən oğlunu narkotikdən istifadə adı ilə həbs edəcəklərini bildiriblər".

Bunula bağlı Fuad Əliyev Azərbaycanda fəaliyyət göstərən səfirliklərə məlumat verib.

 

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA