İsgəndər Həmidov və Ağasif Şakiroğlu Qarabağ Komitəsindən istefa verdilər - İLGİNC SƏBƏBLƏR

İsgəndər Həmidov və Ağasif Şakiroğlu Qarabağ Komitəsindən istefa verdilər - İLGİNC SƏBƏBLƏR

Qarabağ Komitəsinin bu gün keçirilən iclasında qurumun təsisçilərindən olan sabiq daxili işlər naziri, AMDP sədri İsgəndər Həmidov və Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu istefa veriblər.

İ.Həmidov təşəbbüsü ilə yaradılan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi tipli komitənin yaradılmasını daha məqsədəuyğun sayıb. Onun çıxışı birmənalı qarşılanmayıb. Komitə təmsilçiləri onsuz da belə bir komitənin olduğunu bildiriblər. İstefasını açıqlayan sabiq nazir belə bir qurumu hərəkat daxilində yaradacaqlarını da qeyd edib.

GAP sədri A.Şakiroğlu “Qarabağa azadlıq” mitinqinin icazəsiz keçirilməsini təklif edib. Onun təklifi keçməyib və bu səbəbdən GAP komitəni tərk edib./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA