“İslahatların ilkin nəticələrini müşahidə etməkdəyik” - NAZİR

“İslahatların ilkin nəticələrini müşahidə etməkdəyik” - NAZİR

“2019-cu ildə əldə edilmiş nailiyyətlər bizə deməyə əsas verir ki, yanvarın 1-dən qüvvəyə minən vergi dəyişiklikləri istədiyimiz nəticələri verməkdədir”.

Bunu İTV-nin “Diqqət mərkəzi” verilişində vergilər naziri Mikayıl Cabbarov deyib.

O, həmçinin bildirib ki, bu ilin ilk 4 ayında vergi proqnoz-tapşırığı uğurla icra edilib: “2019-cu illin ilk 4 ayında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə edilən mədaxillər proqnoz-tapşırıqdan daha yüksək olub. Həm neft, həm də qeyri-neft sektorundan budcəyə daxilolmalar həm 2018-ci ilin eyni dövrü ilə müqayisədə, həm də plan-tapşırıqdan daha yüksək olub. I rübdə biz dövlət büdcəsinə vergi proqnozlarından 10,4% daha çox vəsait təmin etməyi bacarmışıq. Ötən ilə nisbətən bu rəqəm 16,5% təşkil edirdi. Aprel ayında da bu dinamika qorunub saxlanılıb. Artımlar müvafiq olaraq 111% və 18%-dir. Qısa desək islahatların ilkin nəticələrini müşahidə etməkdəyik”./report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA