İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrıldı - SƏRƏNCAM

  • 2019-06-25 18:03:35
  • |
  • Ölkə /

İsmayıllıda yol tikintisinə 2,9 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev İsmayıllı rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla üç min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA