İsrail İranın İraqdakı hədəflərini vurub? - Netanyahunun cavabı

  • 2019-08-20 14:07:37
  • |
  • Dünya /

İsrail İranın İraqdakı hədəflərini vurub? - Netanyahunun cavabı

Hurriyyet.org xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu İraqda İrana məxsus hərbi hədəflərin ötən ay İsrail tərəfindən vurulduğunu bildirib.

Ukraynanın paytaxtı Kiyevdə rəsmi səfərdə olan Netanyahu jurnalistlər qarşısında çıxış edərkən iyul ayında İranın İraqdakı hədəflərinin İsrailin vurub-vurmadığı barəsindəki sualın cavabında “İran heç bir yerdə toxunulmaz deyil” sözlərini söyləyib. Bununla da barəsində danışılan hücumun arxasında İsrail ordusunun olduğuna işarə vurmuş olub.

Netanyahu İranın İsraili “yox eləməklə” təhdid elədiyini və bu hədəfə çatmaq üçün Yaxın Şərqdə hərbi bazlar qurmaqda davam elədiyini söyləyərək deyib: “İrana qarşı addımlar atmağa davam edəcəyik və hazırda lazım olan yerdə lazım gələn addımları atırıq”.

İyul ayının 19-da İsrailin F-35 təyyarəsi ilə İraqın Səlahəddin rayonundakı Əmirli Hərbi düşərgəsini, 28 iyul tarixində isə paytaxt Bağdadın şimal-şərqindəki bir hərbi düşərgədə İranın silah anbarını vurduğu iddia edilib. İsrail rəhbərliyi bu iddialarla bağlı rəsmi açıqlama verməyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA