İsrail kəşfiyyatı Donald Trampı dinləyirmiş! - DÜNYANI SİLKƏLƏYƏN OLAY

  • 2019-09-12 18:03:23
  • |
  • Dünya /

İsrail kəşfiyyatı Donald Trampı dinləyirmiş! - DÜNYANI SİLKƏLƏYƏN OLAY

Hurriyyet.org xəbər verir ki, “Politico” jurnalı İsrail hökumətinin 2 il ABŞ prezidenti Donald Trampın gizlicə dinlədiyini iddia edib.

Dünyanı sarsıdan xəbər ABŞ-ın paytaxtı Vaşinqtondan yayılıb. Ağ Evin yaxınlığında cib telefonu dinləməsi aşkara çıxarılıb. Amerikanın “Politiko” (Politico) jurnalına müsahibə verən keçmiş vəzifə sahibi olan məmur aşkar edilən dinləmə avadanlığının Donald Trampın prezident kreslosuna oturduğu dövrdə yerləşdirildiyini söyləyib.

Amerikalı eks-məmur “İsrailin məsuliyyət daşıdığı çox açıqdır” ifadəsi ilə birbaşa Tel Əviv iqtidarını hədəfə alıb. Ağ Ev isə “Politiko” jurnalın şərh verməyib, hal-hazırda Ağ Evdə işləyən məmur isə baş verənlərdən xəbərdar olmadığını söyləməklə kifayətlənib.

Başqa bir mənbə isə Tramp hakimiyyətinin bu qalmaqalda İsraili günahlandırmadığını bildirib.

Netanyahu inkar edib

“Haaretz” qəzetinin bu xəbəri İsraildə yaymasından sonra İsraildə sərt etirazlar səsləndirilib. Baş nazir Netanyahu, bu xəbərləri “ağ yalan” adlandırıb. İsrailin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Elad Strohmayer, ittihamları “cəfəngiyyat” adlandırıb, “İsrail ABŞ-da casus əməliyyatları aparmaz” deyib.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA