İsrail mətuatından PKK/YPG-yə DƏSTƏK: “İsrail də əvvəllər bir xəyal idi...”

  • 2019-06-10 14:46:37
  • |
  • Dünya /

İsrail mətuatından PKK/YPG-yə DƏSTƏK: “İsrail də əvvəllər bir xəyal idi...”

Hurriyyet.org xəbər verir ki, İsraildə nəşr edilən “Haaretz” qəzeti YPG terror təşkilatının Suriyadakı işğallarını dəstəkləyən bir məqalə dərc edib. Məqalədə deyilir: “İsrail və əvvəllər bir xəyal idi, daha sonra dövlətə çevrildi”. “Haaretz” qəzeti Suriyanın şimalında yerləşmiş YPG təşkilatını əzilmiş xalqlar, “arada qalmışlar” adlandırıb, terrorçuların dövlət qurmaqda olduğunu bildirib. Dor Şiltonun müəllifi olduğu, “Suriyanın qaranlıq, lakin demokratik və bərabərlik tərəfdarı olan cəmiyyəti” adlı yazıda qondarma “Rojava” bölgəsindən bəhs edilir, İsrailin də Suriyanın şimalındakı YPG üzvləri kimi əvvəlcə bir fikir olduğu, sonra isə dövlətə çevrildiyi deyilir.

Yazıda Qərb dünyası da qondarma “azadlıq” üçün savaşan, YPG terror təşkilatının himayəsində olan Rojava xalqına yetərincə dəstək olmamaqda ittiham edilir, Türkiyə ilə NATO-da müttəfiq olduğu üçün öz mənfəətlərindən kənarda heç bir addım atmadığına görə ABŞ ordusu da tənqid edilir. Məqalədə ABŞ prezidenti Donald Trampın öz hərbçilərini Suriyadan çıxarmaq qərarını almasının Türkiyənin bölgəyə birbaşa hücum planları hazırlamasına şərait yaradığı üçün Rojavanın bir xəyal olaraq qalacağı, bunun da böyük bir təhlükə olduğu vurğulanır.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA