İsrail İordan çayının qərb sahilinə ordu yeridib

İsrail İordan çayının qərb sahilinə ordu yeridib

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra vəziyyət getdikcə gərginləşir. “Həmas”ın fələstinliləri mübarizəyə çağırmasından sonra İsrail ordusuna “hazır ol” təlimatı verilib. İsrail hökuməti İordan çayının qərb sahillərinə yeni hərbi dəstələr göndərir.

İsrail ordusu İordaniya çayının işğal altında olan qərb sahillərində hərbi qüvvəsini artıracağını bəyan edib.

İsrail ordusunun açıqlamasında deyilir: “Baş Qərargahda vəziyyəti qiymətləndirdikdən sonra qərara alınıb ki, Yəhudiyyə və Samaradakı (İordan çayının qərb sahilində yerləşir) hərbi qüvvəni gücləndirmək üçün buraya əlavə dəstələr göndərilsin və əlavə olaraq nəzarət və müdafiə sistemləri qurulsun. Mümkün hadisələrə hazır olmaları üçün hərbçilərə təlimat verilib”.

Hurriyyet.org

  • Hamısı
  • Loading...