İSRAİL: "İRAN VƏ SURİYA QÜVVƏLƏRİNİ DƏRHAL VURARIQ"

İSRAİL: "İRAN VƏ SURİYA QÜVVƏLƏRİNİ DƏRHAL VURARIQ"

Hurriyyet.org xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu deyib: “Şənbə günü İran və Suriya qüvvələrinə ağır zərbə endirdik. Qəti şəkildə bildirmək istəyirəm ki, hərbi doktrinalarımız dəyişməyib. İsrail oldusu torpaqlarımıza hücumla bağlı hər bir təhdidi hədəfə alacaqlar”.

İsrail ötən şənbə günü Suriyada havaya qalxan və İsrail sərhədlərini pozan İrana məxsus dronu vurmuş, Suriya və İran mövqelərinə qarşı hava hücumuna keçmişdi. Türhan isə Tel-Əvivin bu iddialarını təkzib etmişdi. Bu əməliyyatların ardından isə İsrailə məxsusu “F-16” hərbi təyyarəsi vurulmuşdu. 1982-ci ildən indiyə qədər ilk dəfə idi ki, İsrailin hərbi təyyarəsi vurulmuşdu.

İsrail ordusunun şimal cəbhəsi lideri isə “İsrail, İranın Surayada baza qurmasına imkan verməyəcək” açıqlaması vermişdi.

Hurriyyet.org

Loading...

QALEREYA