İsrail Suriyaya RAKET ATDI

  • 2019-01-12 12:42:19
  • |
  • Dünya /

İsrail Suriyaya RAKET ATDI

Hurriyyet.org xəbər verir ki, Suriya hökuməti İsrailin paytaxt Dəməşq şəhərinin hava limanına raket hücumu etdiyini bildirib. Suriyanın SANA informasiya agentliyinin hərbi mənbələrə istinad elədiyi xəbərində paytaxtın şərqindəki Dəməşq hava limanının gecə saatlarında İsrail tərəfindən raket hücumlarının hədəfinə çevrildiyi bildirilib. Xəbərdə deyilir: “İsrailin hərbi təyyarələri Dəməşq hava limanının çevrəsini hədəfə alıb. Hava hücumundan müdafiə sistemlərimiz hücuma qarşılıq verərək raketlərin əksəriyyətini dəf edib. Hücum nəticəsində hava limanındakı anbarlardan biri vurulub”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz