İsraildəki seçkilərdən sonra Netanyahudan ŞOK ADDIM

İsraildəki seçkilərdən sonra Netanyahudan ŞOK ADDIM

Hurriyyet.org xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu BMT-nin 74-cü Baş Assambleyasında iştirak eləmək fikrindən daşınıb. İsrail hökumətinin mətbuat xidmətinin xəbərinə görə, səfərin baş tutmaması “siyasi səbəblərlə” bağlıdır. Baş Assambleyaya səfər zamanı Netanyahunun ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyi gözlənirdi.

Tramp ilə Netanyahu şənbə günü telefonla danışdıqdan sonra ABŞ prezidenti sosial medai hesabındakı açıqlamasında BMT-nin Baş Assambleyasında İsrailin baş naziri ilə görüşəcəyini bildirmişdi.

İddialara görə, Netanyahunun bu addımı atması son seçkilərdəki məğlubiyyəti ilə bağlıdır.

Sentyabrın 17-də İsraildə Knessetə seçkilər keçirilib. Bülletenlərin 90 faizinin yoxlanılmasından sonra İsrailin Mərkəzi Seçki Komitəsi bildirib ki, SAXAL-ın keçmiş Baş Qərargah rəisi, general-leytenant Beni Hantsın rəhbərlik elədiyi müxalifət bloku seçicilərin 26,5 faizini alaraq, kiçik fərqlə liderlik edir. Bu isə 120 yerlik Knessetdə 32 deputat mandatı deməkdir.

Binyamin Netanyahunun “Likud” partiyası isə səslərin 25,8 faizini qazanaraq, mandatların isə 31-nə iddia eləməklə cüzi fərqlə ikinci yerdədir.

Baş Assambleyaya isə Netanyahunun yerinə İsrailin xarici işlər naziri İsrael Kats gedəcək.

Hurriyyet.org