İsraildən Suriyaya hava HÜCUMU - YARALILAR VAR

  • 2019-04-13 13:24:16
  • |
  • Dünya /

İsraildən Suriyaya hava HÜCUMU - YARALILAR VAR

Hədəf İranın silah anbarı olub

Hurriyyet.org xəbər verir ki, Suriya hökuməti dünən gecə İsrailin hərbi təyyarələrinin Hamanın qərbində yerləşən Masyaf məntəqəsindəki bir hərbi bazaya havadan hücum elədiyini bildirib.

Suriyanın rəsmi SANA informasiya agentliyi İsrailə məxsus hərbi təyyarələrin Livan dövlətinin hava məkanından etdiyi hücumu nəticəsində bazanın zərər gördüyünü və 3 nəfər suriyalı hərbçinin yaralandığını bildirib.

İsrail hələlik hücumla bağlı rəsmi açıqlama verməyib.

Yerli mənbələr isə hücumun hədəfinin Hamadakı İran qüvvələrinin yerləşdiyi bir silah anbarının olduğunu bildiriblər.

İndiyə qədər İsrail dəfələrlə Suriyadakı İran və Hisbullah hədəflərinə hücum edib. Bundan əvvəlki son hücumda Hələbdə İran qüvvələrinin yerləşdikləri Şeyx Nəccar məntəqəsinə raket atılmışdı.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA