İSRAİLİN YENİ PLANI: “Qüdsün idarəsi Səudiyyə Ərəbistanına verilsin” – müsəlmanların müqəddəs məscidi vəhhabilərin olacaq?

İSRAİLİN YENİ PLANI: “Qüdsün idarəsi Səudiyyə Ərəbistanına verilsin” – müsəlmanların müqəddəs məscidi vəhhabilərin olacaq?

“Böyük inqilabçı” – ABŞ-la İsrailin adamı bin Salman

Hurriyyet.org xəbər verir ki, İsrailin ana müxalifət partiyasının lideri İshak Herzoq işğal altındakı Şərqi Qüdsdə yerləşən Məscidi Aksanın idarəsinin Səudiyyə Ərəbistanına verilməsini təklif edib.

Səudiyyə Ərəbistanının mərkəzi Londonda yerləşən “İlaf” qəzetinə müsahibə verən Herzoq israillilərlə fələstinlilər arasında dayanmış sülh prosesini Səudiyyə Ərəbistanının “diriltməinə” yardım eləməsinin, Məscidi-Aksa ilə bağlı gələcək razılaşmalarda Ər-Riyad hökumətinə “mərkəzi rol verilməsi”nin lazım olduğunu deyib.

Səudiyyə Ərəbistanının islamın müqəddəs məkanlarında üzərinə götürdüyü rolu mədh edən Herzoq Məscidi-Aksanın da Ər-Riyadın ixtiyarına verilməli olduğunu irəli sürüb.

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ən böyük inqilabçılardandır”

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Yaxın Şərqdəki “ən böyük inqilabçılardan biri” kimi tanıtdıran Herzoq deyib: “Qüds və Aksa kimi müqəddəs məkanlar barəsində müzakirələr aparılacaq. Səudiyyə ərəbistanlıları islamın müqəddəs məkanlarında böyük məsuliyyət sahibidirlər. Məkkə və Mədinədəki məsuliyyətlərini nəzərə alsaq, məncə Ər-Riyad iqtidarına bu məsələdə (Qüds və Məscidi Aksa) mərkəzi bir rol verilməlidir”.

Hurriyyet.org

Loading...

QALEREYA