İstanbul qiyamətə qədər... - Qurtulmuş

İstanbul qiyamətə qədər... - Qurtulmuş

İstanbul babamız Fateh Sultan Məhmətin fəth haqqıdır və qiyamətə qədər də müsəlman türklərin əlində olacaqdır.

Bu açıqlama ilə AKP-nin sədri müavini Numan Qurtulmuş çıxış edib.

"Nə deyir? - Türklər boğazın şərqində qala bilərlər, ancaq qərb tərəfə keçərlərsə, öldürərik. Bundan əlavə, deyir ki, bir gün gələcək İstanbuldakı İslam abidələrini dağıdacağıq. Belə bir şey mümkün deyil. Biz boğazın şərqində dünən gəldik ki, bu gün varıq, sabah da var olmağa davam edəcəyik. Bi xaçlılara qarşı iman dolu ürəyimiz, bütün gücümüzlə dayanmağı bilən bir millətik", - Qurtulmuş söyləyib.

Qeyd edək ki, Yeni Zelandiyada avstraliyalı terrorçu Brenton Tarrantın Kraystçerç şəhərindəki iki məsciddə təşkil etdiyi dəhşətli hücum nəticəsində 51 nəfər ölüb. O, hücumdan öncə 37 səhifəlik manifest yayımlayıb.\\Axar.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA