İstanbulda azərbaycanlı gənci elektrik vurub öldürdü

İstanbulda azərbaycanlı gənci elektrik vurub öldürdü

İstanbulda azərbaycanlı fəhlə ölüb.

Hadisə şəhərin Fatih bölgəsində baş verib.

Akşəmsəddin məhəlləsinin Akdeniz küçəsində bir iş mərkəzində çalışan 22 yaşlı Rüfət Fəhradov beşmərtəbəli iş mərkəzində optik internet kabeli çəkərkən binanın beton kölgəliyindəki elektrik axınına düşərək vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Fəhradovun cəsədi İstanbul Yenibosnadakı Tibbi-ekspertiza mərkəzinə təhvil verilib. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA