İstanbulun bələdiyyə sədri İmamoğlu seçildi - TƏQRİBƏN 13 MİN SƏS FƏRQİ İLƏ

  • 2019-04-17 17:55:04
  • |
  • Region /

İstanbulun bələdiyyə sədri İmamoğlu seçildi - TƏQRİBƏN 13 MİN SƏS FƏRQİ İLƏ

Hurriyyet.org xəbər verir ki, Türkiyə mətbuatı CHP-dən olan namizəd Ekrem İmamoğlunun İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçildiyini təsdiq edən sənədin bu gün Türkiyə vaxtı ilə 18:00-da təqdim ediləcəyini bildirib.

Səslərin təkrar sayılmasından sonra əldə edilən rəqəmlər belədir: CHP-dən olan (Cumhuriyyət Xalq Partiyası) namizəd Ekrem İmamoğluna 4 milyon 169 min 765 nəfər, AKP (Ədalət və İnkişaf Partiyası) namizədi Binali Yıldırıma 4 milyon 156 min 36 nəfər səs verib.

Bir çox saxtakarlıq hallarının aşkar edildiyi seçkidə İmamoğlu təqribən 13 min səs fərqi ilə Yıldırımı geridə qoyub.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA