İsti havalarda dondurma yemək ziyandır - Həkim AÇIQLADI

İsti havalarda dondurma yemək ziyandır - Həkim AÇIQLADI

Məlum olub ki, isti havada dondurma yemək vücudda əlavə stressə səbəb olur.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekpert Andrey Tyajelnikov məlumat verib.

Onun sözlərinə görə, isti havada dondurma yedikdə yuxarı tənəffüs yolları soyudulur, bu da kəskin respirator infeksiyaların inkişafı üçün təhlükə yaradır.

Tibbi ekspert qeyd edib ki, soyuq deserti yavaş-yavaş və azca ərimiş halda yemək daha zərərsizdir.

Həkim vurğulayıb ki, sərin içkiləri isə kiçik qurtumlarla içməyə dəyər. O, bildirib ki, yayda təmiz suya, çaya, meyvələrə və limonlu suya üstünlük vermək ən yaxşısıdır. Qəhvə və qazlı sualardan imtina etmək lazımdır.

O, həmçinin hər kəsi tərkibində böyük miqdarda şəkər, marqarin yağı və aromatizatorlar olan süd kokteyllərindən imtina etməyə səsləyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA