İsveç Krallığının “Partilletidning” qəzeti Azərbaycan əsilli futbolçudan yazdı

  • 2019-06-13 14:49:13
  • |
  • İdman /

İsveç Krallığının “Partilletidning” qəzeti Azərbaycan əsilli futbolçudan yazdı

Bu gün İsveç Krallığının Partille və Harryda bələdiyyələrində 17 min tirajla çap olunan “Partilletidning” qəzetində Azərbaycan əsilli 16 yaşlı futbolçumuz Ayxan Cabbarovla müsahibə dərc olunub. Qeyd edək ki, hər iki bələdiyyədə 80 min insan yaşayır.

Bu barədə Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Ayxan Cabbarov Azərbaycanda anadan olub. Hal-hazırda İsveç Krallığının Partille bələdiyyəsində yaşayır. Futbol kariyerasını İsveçin məşhur futbol komandası olan “Göteborg if” klubunda davam etdirir.

Ayxanın bu il Azərbaycan gənclər üzrə milli komandasına rəsmi dəvət alması öz komandasında da xoş qarşılanıb. Ayxan müsahibəsində Türkiyənin “Beşiktaş” klubu tərəfindən onun oyununa baxış keçirilməsi üçün Türkiyəyə dəvət edildiyini bildirib.

Xaricdə yaşayan soydaşlarımızın nailiyyətləri yerli mətbuatda marağa səbəb olması çox qürurvericidir.

Müsahibə ilə aşağıdakı linkdə tanış olmaq olar.

https://www.partilletidning.se/2019/06/48471/?fbclid=IwAR1APr7DqWdFyLbQbTB6je6ZCKcLKtK-bNFcbhiXPew6vi7zpmunn8hC78w

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA