İsveç parlamentinin Azərbaycan əsilli deputatına vəzifə verildi

İsveç parlamentinin Azərbaycan əsilli deputatına vəzifə verildi

İsveç parlamentinin deputatı Aylini Fəzailini İsveç Sosial Demokrat Partiyasının Göteberq bölgə və ətraf şəhərləri üzrə rəhbəri seçilib.

Bu barədə Hurriyyet.org-a diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

Yaxın günlərdə İsveçin Alingsas şəhərində Sosial Demokrat Partiyasının Göteborg bölgə və ətraf şəhərlərinin qurultayı keçirilib.

Qurultay iştrakçıları Aylini Fəzailini 11 təşkilatın rəhbəri seçiblər.
27 yaşlı siyasətçi Aylin 14 yaşından Sosial-Demokrat Partiyasının fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 2018-ci ildə İsveç parlamentinə deputat seçilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA