İtaliya ilə İngiltərənin baş nazirləri edamlardan danışmaq yerinə... BİLYARD OYNADILAR!

  • 2019-02-25 18:04:28
  • |
  • Dünya /

İtaliya ilə İngiltərənin baş nazirləri edamlardan danışmaq yerinə... BİLYARD OYNADILAR!

Hurriyyet.org xəbər verir ki, Misirdə Avropa İttifaqı ilə Ərəb Birliyi ölkələrinin görüşü keçirilib. Daim özlərini demokratiya və insan hüquqları carçısı kimi təqdim edən İngiltərə və İtaliya dövlətlərinin baş nazirləri Misirdə davam etməkdə olan ədalətsiz edamlara qarşı mövqelərini bildirmək əvəzinə, bilyard oynamağa üstünlük veriblər.

İtaliyanın baş naziri Cüzeppe Konte Ərəb Birliyi ilə Aİ rəhbərlərinin görüşündə iştirak eləmək üçün getdiyi Misirdə İngiltərənin baş naziri Tereza Mey ilə bilyard oynayıb.

Misirdə davam edən ədalətsiz edamlara qarşı səsini çıxarmayan liderlərə qarşı tənqidlər artmaqdadır.

Çevriliş etmiş Sisi hökuməti tən günlərdə 9 nəfər misirli gənci edam eləsə də, demokratik Avropa buna qarşı heç bir şəkildə etirazını bildirməyib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Avropa rəhbərlərinin Misirdə keçirilən görüşdə iştirak eləməsinə sərt etirazını bildirib. Kalın Aİ Komissiyasının başçısı Jan Klod Yunkerə, Aİ Şurasının başçısı Donald Tuska və Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogeriniyə müraciətedərək deyib: “Prinsip və dəyərləriniz haradadır? Hamınıza eyib olsun!”

Türkiyə prezidentinin baş müşaviri Gülnur Aybet ilk Avropa İttifaqı-Ərəb Birliyi Liqası sammitinin Misirdə keçirilməsi ilə bağlı “Tvitter” hesabında belə yazmışdı: “Bu görüş 9 nəfər gəncin edam edildiyi həftədə keçiriləcək. Aİ sammitdə ən yüksək məmurları ilə təmsil ediləcək: Yunker, Tusk, Mogerini iştirakçılar arasında olacaqlar. Lakin terroru mədh elədiyinə görə cəzalananlar olanda “söz azadlığı” maskası altında Türkiyəni tənqid edirlər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
Reklam
QALEREYA