İtaliyadan Almaniya və Fransaya ETİRAZ: “BİZİ ƏLƏ SALIRLAR!”

  • 2019-01-25 15:10:56
  • |
  • Dünya /

İtaliyadan Almaniya və Fransaya ETİRAZ: “BİZİ ƏLƏ SALIRLAR!”

Hurriyyet.org xəbər verir ki, İtaliyanın “Korryere della Sera” (Corriere della Sera) qəzetinin yazdığına görə, İtaliyanın baş naziri Cüzeppe Konte Almaniya ilə Fransanın onları “ələ saldıqlarını” bildirərək sərt etiraz edib.

Konte, Almaniyanın BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü olması üçün bu iki ölkənin öz aralarında razılaşdıqlarını söyləyərək deyib: “Yalnız öz milli mənafelərini düşünürlər. Bizim səssiz oturaraq digərləri tərəfindən verilən qərarların altına imza atacağımızı qətiyyən düşünməməlidirlər”.

Bəlli olduğu kimi, Almaniyanın kansleri Angela Merkel ilə Fransa prezidenti Emmanuel Makron yeni razılaşma imzalayaraq, Almaniyanın BMT TŞ-da daimi kresloya sahib olacağına üstünlük verəcəklərini bəyan eləmişdilər.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA