İtkin düşən alpinistlərdən birinin meyiti tapıldı

İtkin düşən alpinistlərdən birinin meyiti tapıldı

27 dekabr 2017-ci il tarixindən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hal-hazıradək davam edən axtarışlar nəticəsində bu gün saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə təqribən 4 m dərinlikdə alpinistlərə aid çadırın yeri müəyyən edilmiş və ilkin olaraq 1 kişi meyiti aşkar edilib.

Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, hazırda axtarış-təmizləmə işləri davam etdirilir. Axtarış işləri barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.

Loading...

QALEREYA