İyunun 30-da keçirilən imtahanın nəticələri açıqlandı

İyunun 30-da keçirilən imtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da keçirilən imtahanların nəticələrini açıqlayıb.

Mərkəzdən Hurriyyet.org-a verilən məlumata görə, nəticələr ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarının (IX sinif) ikinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün keçirilən imtahanları əhatə edir.

9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirakı gözlənilən 6461 abituriyentdən 1294 nəfəri imtahana gəlməyib. 2 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.