Jirinovskinin sensasion proqnozu reallaşır: Türkiyə Ermənistandan...

Jirinovskinin sensasion proqnozu reallaşır: Türkiyə Ermənistandan...

S-400-lərin Türkiyəyə gəlişindən sonra Rusiya-Türkiyə münasibətlərinin gələcəyinə dair müxtəlif proqnozlar peyda olmağa başlayıb.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bu proqnozlar arasında daha çox diqqət cəlb edən Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bir neçə il öncə səsləndirdiyi ifadələr olub. Belə ki, Jirinovskinin Türkiyə-Rusiya yaxınlaşması ilə bağlı bir neçə il öncə səsləndirdiyi ifadələri yenidən gündəmə jurnalist Dmitri Smirnov öz Tvitter səhifəsində gətirib. Smirnov Jirinovskinin çıxışının 2016-ci ilə aid olduğunu və burada onun Türkiyənin Rusiyaya Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxın olacağını dediyini bildirib:

“Cəmi üç il keçib, amma Jirinvoskinin sözləri artıq qeyri-real görünmür”.

Qeyd edək ki, həmin çıxışında Jirinovski həmçinin Türkiyənin NATO-dan çıxacağını və Şanxay Əməkdaşlıq Təşkilatıyla Gömrük İttifaqına üzv olacağını bildirmişdi.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA