Kadırovdan maraqlı TƏKLİF: "Putin əbədi prezident olsun"

  • 2018-04-13 16:31:19
  • |
  • Region /

Kadırovdan maraqlı TƏKLİF: "Putin əbədi prezident olsun"

Çeçenistanın başçısı Ramzan Kadırov bəyan edib ki, Rusiyada prezident seçilmək üçün say məhdudiyyəti aradan qaldırılmalıdır, yəni bir neçə dəfə ölkə prezidenti seçilmək mümkün olmalıdır.

Hurriyyet.org Trend-ə istinadən xəbər verir ki, Çeçenistan lideri bu fikirləri Rusiyanın yenidən seçilmiş prezidenti Vladimir Putinlə bağlı səsləndirib.

R.Kadırovun sözlərinə görə, əgər bu, xalqın maraqlarına xidmət edirsə, bunu etmək olar: "Əgər bu, xalqın maraqlarına xidmət edirsə, nədən qanuna dəyişikliklər edə bilmərik?"

Qeyd edək ki, martın 18-də Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin yenidən Rusiyanın prezidenti seçilib.

Loading...

QALEREYA