Kaliforniyada barda gülləbaran: 13 ölü, 12 yaralı - VİDEO - YENİLƏNİB

  • 2018-11-08 15:45:45
  • |
  • Dünya /

Kaliforniyada barda gülləbaran: 13 ölü, 12 yaralı - VİDEO - YENİLƏNİB

Çərşənbə günü Sauzend-Oaks (Los-Ancelesin şəhərətrafı) şəhərində barda baş verən atışmada 13 nəfər həlak olub.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında yerli polis şefi Ceff Din bildirib.

Onun sözlərinə görə, təxminən 10-12 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Qeyd edilir ki, naməlum silahlı “Borderline Bar and Grill” barına daxil olaraq oradakı insanlara təxminən 30 atəş açıb. Cinayətkar daha sonra gizlənib. Hadisə vaxtı barda yüzə qədər insan olub. Məlumata görə, orada tələbələrin əyləncə gecəsi keçirilirdi.

***

ABŞ-ın Kaliforniya ştatının Sauzend-Oaks şəhərində barda atışma baş verib.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, naməlum şəxslər barda insanlara atəş açıblar.

Məluma görə, 6 nəfər zərər çəkib, qurbanlar var. Amma onların sayı açıqlanmayıb. Ən azı 30 dəfə atəş açıldığı bildirilir.

Polis insanları hadisə yerindən uzaq durmağa çağırıb. Hazırda hüquq-mühafizə orqanları və xilasedicilər hadisə yerində işləyirlər. İndiyə qədər hücum edənlər saxlanılmayıb.

Loading...

QALEREYA