Kanadada Azərbaycan haqda nə düşünürlər?

Kanadada Azərbaycan haqda nə düşünürlər?

Yeganə Cəfərova: “Azərbaycanımı sevənlərin çoxluq təşkil etməsi məni göylərə qaldırdı, qürur duydum”

“Bir rumuniyalı qadın öz cavan oğlu ilə mənə yaxınlaşıb, Qarabağda vəziyyəti öyrənmək istədilər”

Kanadanın Toronto şəhərinin Ontario vilayətində yaşayan və burada Azərbaycan dilini tədris edən Yeganə Cəfərova ilə müsahibəni oxucularımıza təqdim edirik.

- Yeganə xanım, may ayının 2-də Kanada keçirilən tədbirdə ölkəmizi təmsil etmisiniz. Tədbir nə ilə bağlı idi?

- Mayın 2-də Toronto “Convention Center”də bir çox dövlətlərin nümayəndələrinin iştirak etdiyi Beynəlxalq Dil və Mədəniyyət Festivalının təşkilatçısı Kanada-Türkiyə Dostluq İcması idi. Festivalında vətənimi təmsil etdim. Həmin festivalda yaşadığım ən sevincli anları və ən xoş xatirələrimi bölüşmək istəyirəm.

Festivalda iştirak edən yüzlərlə insan Azərbaycan adını görüncə səs-küyün içində hündürdən "Azərbaycan!" deyərək üzlərində təbəssüm guşəmizə yaxınlaşdı. Onlarla türk qardaş-bacılarımız " Can Azərbaycan!" deyərək bizə yaxınlaşdı. Ruslar, rumunlar, malaziyalılar, kanadalılar, çinlilər və başqa ölkələrdən olan həm Torontoda yaşayan və həm də xaricdən dəvət olunan insanlar guşəmizlə yaxından tanış olub Azərbaycanla olan təəssüratlarını danışdılar. Hər biri mənimlə yadigar saxlamaq üçün şəkil də çəkdirdilər.

- Siyasilərdən kimlər iştirak edirdi?

- Kanadalı deputatlardan biri “Member of Provincial Parlament Daisy Wai”də şəkil çəkdirdi. Mənimlə, ölkəmizlə bağlı xoş ürək sözləri də söylədi. Qeyd edim ki, deputat olduğunu sonradan çıxış edərkən öyrəndim. O üzdən xatirə şəkili istəməmişdım ondan.

İnsanların ökəmizlə, mənimlə bağlı ürəkdən bölüşdüyü fikir və düşüncələri məni çox qürrələndirdi. Azərbaycanlı olduğumla hər zaman fəxr etməyimi bir daha da təsdiqlədi və mənə qol-qanad verdi.

- Tədbirdə ən yaddan qalan an hansı olub?

- Bir kanadalı mənə Azərbaycan gədim nağıllarını oxuduğu haqda danışdı və bir qədim Azərbaycan nağılı söylədi. Hətta Azərbaycan haqqında çox bilgisi olduğundan da danışdı.

Ruslar və rumunlar - kimi atasının, babasının, anasının Azərbaycanda olması, guşəmizdə olan suvenirləri artıq yaxınları vasitəsilə tanıdıqlarını söylədilər. Bir rumuniyalı qadın öz cavan oğlu ilə mənə yaxınlaşıb, Qarabağda vəziyyəti öyrənmək istədilər və məni qucaqlayıb bizim ölkəni dəstəklədiklərini söylədilər. Onların bu jesti məni çox qəhərləndirdi.

- Türk icmasının dəstəyi var idimi?

- Böyük dəstək verdilər. Tədbirin təşkilatçısı Kanada-Türkiyə Dostluq İcması idi. Türk qardaş-bacılarımıza isə çox heyran qaldım. Hər biri Azərbaycanda necə il yaşadığını, uşaqlarının Azərbaycanda doğulduğunu və oralı olduğunu deyənlər çox-çox idi. Şəkini sevənlər də az deyildi aralarında.

Bir türk qardaşımız isə “mən 25 il yaşadım Azərbaycanda, azərbaycanlıyam daha, mənə bir şey ver özümlə gəzdirə bilim, hər zaman Azərbaycan üçün darıxanda təsəllim olsun”, -dedi.

Malaziyalı xanım “həyat yoldaşım Azərbaycanı Bakını çox sevir, tez-tez gedir Bakıya”, -söylədi. Əksəriyyət qız qalasına necə qalxmasından bəhs etdi. Tanış olmayanlar guşəmizə, jurnalara baxıb öz suallarına cavab alıb Azərbaycana səyahət etmək arzusunda olduqlarını söylədilər.

Öz həmvətənlərim də az deyildı iştirakçılar arsında. Onlar da çox fərəh hissi ilə yaxınlaşdılar mənə. Milli paltarımızı nümayiş etdməkdə kiçik qızımız da kömək etdi bir qədər.

Bu 4-5 caatlıq sərgidən olan hər bir anı yazmaq daha uzun olar. Amma Azərbaycanımı sevənlərin, vətənimi və onun tarıxını tanıyanların çoxluq təşkil etməsi məni göylərə qaldırdı, qürur duydum.

Sərgidə öz milli geyimimizı nümayiş etdirən və mənə yaxından kömək edən Naznaz Sadiqova xanıma öz dərin təşəkkürümü bildirirəm. Hər zaman olduğu kimi məni bir an belə tək buraxmadı.

Elnur ELTÜRK

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA