“Kasperski” Yaxın Şərqdə casusluq kampaniyasını İFŞA ETDİ

  • 2019-04-10 10:30:12
  • |
  • Dünya /

“Kasperski” Yaxın Şərqdə casusluq kampaniyasını İFŞA ETDİ

“Kasperski Laboratiyası” şirkəti kibercasusluqla məşğul olan kampaniyanı aşkar edib.

Hurriyyet.org axar.az-a istinadən xəbər verir ki, bunu “Kasperski Laboratiyası” şirkətinin Yaxın Şərq Tədqiqatlar Mərkəzini rəhbəri Amin Hasbini deyib. Onun sözlərinə görə, “SneakyPastes” adlanan kampaniya siyasi xarakterli ərəbdilli “Gaza” qruplaşması tərəfindən təşkil edilib. Qruplaşmanın Yaxın Şərq və Şimali Afrikada fəaliyyət göstərdiyi bildirilib. Əsas aktivliyin 2018-ci ilin aprelindən noyabrına qədər müşahidə edildiyi vurğulanıb.

Kampaniyanın gerçəkləşdirilməsi üçün 3 kiber qruplaşma – “Operation Parliament”, “Desert Falcon” və “MoleRats” güclərini birləşdirib. Onların fəaliyyətindən ən çox Fələstin, İordaniya, İsrail və Livan sakinləri əziyyət çəkiblər.

Ümumilikdə hücumun qurbanı 39 ölkədəki 240 insan və təşkilat olub. Onlar arasında partiyalar, səfirliklər, diplomatik nümayəndəliklər, informasiya agentlikləri, təhsil müəssisələri, banklar, aktivistlər və jurnalistlər yer alıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA