Katolik keşişlərin 80 faizi "mavi"dir - Vatikanla bağlı yeni, sensasiyalı faktlar - FOTO

  • 2019-02-13 13:21:24
  • |
  • Dünya /

Katolik keşişlərin 80 faizi "mavi"dir - Vatikanla bağlı yeni, sensasiyalı faktlar - FOTO

"Artıq etiraf etmək zamanı çatıb. Vatikandakı katolik ierarxların, ümumiyyətlə, dünyadakı katolik keşişlərin 80 faizi aktiv homoseksuallardır. Onların arasında "kişi fahişə"lərdən istifadə edənlərin sayı da çoxdur".

Fransanın tanınmış sosioloqlarından biri, "mavi" olduğunu etiraf etmiş Frederik Martel "Vatikanın dolabında: hakimiyyət, homoseksualizm, hipokratiya" (In the Closet of the Vatican: Power, Homosexuality, Hypocrisy) belə yazıb. ABŞ-dakı "Bloomsbury" nəşriyyatında çap edilmiş 570 səhifəlik kitab fevralın 21-də satışa çıxarılacaq.

 

Martel kitabında Roma Papası 1-ci Fransiski qətiyyətli və cəsur lider kimi təqdim edir: "Məhz o, katolik kilsəsinin indiyədək qapalı saxlanan dolabını açdı və bütün gizlinləri ortaya çıxardı. Fevralın 21-də dünyanın 140 ölkəsinin katolik liderləri Vatikanda bir araya gələrək katolik kilsəsindəki seksual zorakılıqları və təcavüzləri müzakirə edəcəklər".

Müəllif hesab edir ki, katolik kilsəsi homoseksualizmi etiraf etməli, sıralarına "mavi" keşişləri qəbul etməli və qeyri-ənənəvi cinsi yönümlü keşişlərin bunu etiraf etmələrinə şərait yaratmalıdır.

Arxiyepiskop Karlo Mariya Viqano da Vatikanın və ümumiyyətlə, katolik kilsəsinin homoseksuallardan ibarət genişmiqyaslı şəbəkəyə çevrildiyini bəyan etmişdi.

O, ötən ilin oktyabrında yaydığı açıq məktubunda yazmışdı: "Katolik keşişlər tərəfindən təcavüzə məruz qalanların sayının belə çox olmasının əsas səbəblərindən biri kilsəmizdə homoseksualizmin dağıdıcı təsirinin güclənməsi, Vatikandakı ierarxiyada belə "mavi"lərin sayının artmasıdır. Homoseksualizm keşişlər arasında vəba kimi yayılır. Bu bəlanı yalnız mənəviyyatla müalicə etmək olar. Katolik kilsəsində homoseksualizmin yayıldığını etiraf etmədən zorakılığı pisləmək və təcavüz qurbanlarını "şəfqətlə anmaq" əsl riyakarlıqdır".

Özünü "liberal homoseksual" adlandıran Frederik Martel kitabını yazarkən 4 il ərzində yüzlərlə keşişlə görüşüb, katolik kilsəsinin nüfuzlu xadimləri ilə söhbətləşib.

Sosial elmlər üzrə elmlər doktoru olan Martel habelə "Çəhrayı və qara: 1968-ci ildən bəri Fransada homoseksuallar" (The Pink and the Black, Homosexuals in France since 1968) və "Qlobal Gey: homoseksualların uzun yürüşü" (Global Gay: La longue marche des homosexuels) kitablarının müəllifidir.

F.Martel hazırda İsveçrədəki Sürix İncəsənət Universitetində çalışır.

Müəllif yeni kitabında bildirir ki, əvvəlki Roma Papası 16-cı Benedikti "qəfil istefa"ya vadar edən, Vatikanda bütün səviyyələrdə möhkəm mövqelər tutmuş homoseksual şəbəkə indi Papa 1-ci Fransiski də devirməyə hazırlaşır: "Homoseksual şəbəkə sıralarına üzvləri hələ seminariyalarda cəlb edir, sonra keşişləri Vatikana qədər yüksəldərək onları nəzarətdə saxlayır".

Konkret adların və qrupların adlarının çəkildiyi kitabda müəllif "homoseksual kamarilya" ilə yanaşı, Vatikandakı çox genişmiqyaslı korrrupsiya, totalitar rejimlərlə əlaqələr, şübhəli maliyyə sövdələşmələri və daşınmaz əmlakla qanunsuz əməliyyatlardan da bəhs edəcək./milli.az/

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA