“Kənan Quliyev öz ərizəsi ilə işdən çıxıb, insanları ləkələməyin” - Təhsil Nazirliyi

“Kənan Quliyev öz ərizəsi ilə işdən çıxıb, insanları ləkələməyin” - Təhsil Nazirliyi

Təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxardığı barədə məlumat yayılıb.

Huriyyet.org modern.az-a istinadən xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov bildirib ki, yazılanlar həqiqət deyil.

“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub.

Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır.
Sadəcə təəssüf!”

Qeyd edək ki, Kənan Quliyevin yerinə İlqar Mahmudov təyin edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA