Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları NƏZARƏTƏ GÖTÜRÜLÜR

Kənd təsərrüfatı məhsullarının satış yarmarkaları NƏZARƏTƏ GÖTÜRÜLÜR

İyulun 7-dən Bakı və Sumqayıt şəhərlərində yerləşən yarmarkalarda Qida təhlükəsizliyinə nəzarət məntəqələri fəaliyyət göstərəcək.

Hurriyyet.org bildirir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyevin APA-ya verdiyi məlumata görə, Bakı və Sumqayıt şəhərlərindəki yarmarkalarda fəaliyyət göstərəcək Qida təhlükəsizliyinə nəzarət məntəqələrində satış üçün gətirilən kənd təsərrüfatı məhsullarının mənşə sənədi yoxlanıldıqdan sonra məhsullara vizual baxış keçiriləcək və ehtiyac yarandığı halda laborator müayinələr aparılacaq.

Onun sözlərinə görə, qaydalara əsasən gün ərzində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən bütün məhsulların keyfiyyəti nəzarət altında saxlanılacaq və məhsulların keyfiyyətində hər hansı bir çatışmazlıq aşkar olunarsa həmin məhsulun satışı dərhal dayandırılacaq.

Loading...

QALEREYA