Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI

  • 2019-02-18 16:41:08
  • |
  • Ölkə /

Kənd Təsərrüfatı Nazirliyində yeni direktor TƏYİNATI

Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat olub. Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.

Hurriyyet.org modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Elnur Heydərov gətirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov təyinatı təsdiqləyib.

Məlumat üçün bildirək ki, yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb. Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA