Kərimi yolda döydülər - İş polisə verildi

Kərimi yolda döydülər - İş polisə verildi

Müğənni Kərim Abbasov yolda hücüma məruz qalıb.

Bu barədə Kərim şəxsi “İnstagram” hesabında paylaşdığı videoya yazdığı şərhdə məlumat verib.

Hadisə bağdan qayıdarkən baş verib. Belə ki, Kərimin yaydığı videodan da göründüyü kimi, maşından düşən bir şəxs əlində telefonla video çəkən adama yaxınlaşaraq, ona yumruq zərbələri endirir.

Kərim yumruqlanan şəxsin özü olduğunu iddia edir və hadisə ilə bağlı 102-yə məlumat verib.
Müğənni saytımıza açıqlamasında ciddi xəsarət almadığını bildirib:

“Danışacaq durumda deyiləm. İş artıq polisə verilib. Hücüma məruz qalmışam. Xoşbəxtlikdən ciddi xəsarət almamışam”. \\Oxu.Az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA