Kikboksçularımız Londonda yığışır

  • 2018-04-20 18:13:12
  • |
  • İdman /

Kikboksçularımız Londonda yığışır

Kavkaz Combat Promotions 7 iyul 2018 tarixində müstəqilliyimizin 100 illiyi ilə əlaqədar Londonda peşəkar kikboks yarışı təşkil edəcək.

Bu barədə məlumatı Hurriyyet.org-a yarışın təşkilatçısı, tanınmış kikboksçu Hafiz Baxşəliyev verib.
"Bu yarışda iştirak etmək üçün Azərbaycan kikboks komandasını Londona dəvət etmişik. Yarışa Azərbaycan Kikboksinq Federasiyası da təşkilati dəstək verir. Döyüşlər K-1 qaydaları üzrə keçiriləcək və “FightBox” kanalı vasitəsilə canlı yayımlanacaq. Zabit Səmədov bu yarışda idmançılarımızın yanında olacaq. Britaniyada yaşayan həmvətənlərimizi bu yarışda idmançılarımıza dəstək olmağa dəvət edirəm”.

Elnur Eltürk

Loading...

QALEREYA