Kim pulsuz psixoloji yardım ala bilər? - Novruz Məmmədovun sərəncamı

  • 2019-02-11 15:02:28
  • |
  • Sosial /

Kim pulsuz psixoloji yardım ala bilər? - Novruz Məmmədovun sərəncamı

Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Bu, baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq sərəncamda əksini tapıb.

Səhiyyə Nazirliyi ödənişsiz psixoloji yardımın göstərilməsi qaydası və şərtlərini, psixoloji yardım göstərən şəxslərə dair tələbləri də iki ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidir./BakuPost/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA